Albaniya rəsmiləri “Bayraktar TB2” zərbə PUA-ları ilə maraqlanır

2021/06/Bayka-1623220608.jpg
Oxunub: 560     15:16     09 İyun 2021    
Albaniyanın Daxili İşlər naziriBledar Çuçi və onu müşayiət edən heyət Türkiyənin “Baykar” şirkətinin PUA araşdırma, inkişaf və istehsalat müəssisələrini ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki hesabında məlumat verilib.

Albaniyalı nazir “Bayraktar TB2” zərbə PUA-ları ilə maraqlanıb. Şirkətin baş direktoru Haluk Bayraktar PUA-nın modelini qonağa hədiyyə edib.

Balkan yarımadasında yerləşən və NATO-nun üzvü olan Albaniyanın Baş naziri Edi Rama bir həftə əvvəl Türkiyədə olub. Səfər zamanı Rama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Rama ölkəsinə qayıtdıqdan sonra Türkiyənin “super ağıllı PUA”ları ilə bağlı danışıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albaniya   Bayraktar  


Albaniya rəsmiləri “Bayraktar TB2” zərbə PUA-ları ilə maraqlanır

2021/06/Bayka-1623220608.jpg
Oxunub: 561     15:16     09 İyun 2021    
Albaniyanın Daxili İşlər naziriBledar Çuçi və onu müşayiət edən heyət Türkiyənin “Baykar” şirkətinin PUA araşdırma, inkişaf və istehsalat müəssisələrini ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki hesabında məlumat verilib.

Albaniyalı nazir “Bayraktar TB2” zərbə PUA-ları ilə maraqlanıb. Şirkətin baş direktoru Haluk Bayraktar PUA-nın modelini qonağa hədiyyə edib.

Balkan yarımadasında yerləşən və NATO-nun üzvü olan Albaniyanın Baş naziri Edi Rama bir həftə əvvəl Türkiyədə olub. Səfər zamanı Rama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Rama ölkəsinə qayıtdıqdan sonra Türkiyənin “super ağıllı PUA”ları ilə bağlı danışıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albaniya   Bayraktar  


Bizi "telegram"da izləyin