Efiopiya Misirlə hərbi gərginlik fonunda Qırmızı dənizdə hərbi bazaları inşa etməyi planlaşdırır

2021/06/Getty-1623220418.jpg
Oxunub: 517     16:05     09 İyun 2021    
Misirlə Böyük İntibah su anbarı mövzusunda hərbi gərinlik yaşayan Efiopiya Qırmızı dənizdə hərbi bazalar qurmaq niyyətində olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Dina Müfti məlumat verib.

Müfti ölkəsinin Afrika Buynuzunda “narahat” dəyişikliklərin baş verdiyi bir zamanda hərbi bazalar qurmağı planlaşdırdığını bildirib.

“Müxtəlif ölkələr əvvəllər olduğundan daha çox hərbi baza quraraq Qırmızı dəniz bölgəsinə nəzarət etməyə maraq göstərirlər”, - deyə o qeyd edib.

Efiopiya Mavi Nil çayı üzərində Böyük İntihab adlı su anbarı tikmək niyyətindədir. Bu çay Misirin böyük su mənbələrindən biri olduğu üçün anbarın tikintisi rəsmi Qahirənin etirazına səbəb olub. Tərəflər arasında bir neçə dəfə bu mövzuda danışıqlar aparılsa da, nəticəsiz qalıb.

Qeyd edək ki, Efiopiyanın dənizə çıxışı yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Efiopiya   Misir   Qırmızı-dəniz  


Efiopiya Misirlə hərbi gərginlik fonunda Qırmızı dənizdə hərbi bazaları inşa etməyi planlaşdırır

2021/06/Getty-1623220418.jpg
Oxunub: 518     16:05     09 İyun 2021    
Misirlə Böyük İntibah su anbarı mövzusunda hərbi gərinlik yaşayan Efiopiya Qırmızı dənizdə hərbi bazalar qurmaq niyyətində olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Dina Müfti məlumat verib.

Müfti ölkəsinin Afrika Buynuzunda “narahat” dəyişikliklərin baş verdiyi bir zamanda hərbi bazalar qurmağı planlaşdırdığını bildirib.

“Müxtəlif ölkələr əvvəllər olduğundan daha çox hərbi baza quraraq Qırmızı dəniz bölgəsinə nəzarət etməyə maraq göstərirlər”, - deyə o qeyd edib.

Efiopiya Mavi Nil çayı üzərində Böyük İntihab adlı su anbarı tikmək niyyətindədir. Bu çay Misirin böyük su mənbələrindən biri olduğu üçün anbarın tikintisi rəsmi Qahirənin etirazına səbəb olub. Tərəflər arasında bir neçə dəfə bu mövzuda danışıqlar aparılsa da, nəticəsiz qalıb.

Qeyd edək ki, Efiopiyanın dənizə çıxışı yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Efiopiya   Misir   Qırmızı-dəniz  


Bizi "telegram"da izləyin