İsrail şirkəti Britaniya ordusuna gecəgörmə sistemləri tədarük edəcək

2021/06/israe-1623220307.jpg
Oxunub: 552     16:43     09 İyun 2021    
İsrailin “Elbit Systems” şirkəti Britaniya ordusuna “XACT Night” adlı gecəgörmə sistemləri tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Sistemlərin tədarükü üçün şirkətin Londondakı törəməsi olan “Elbit Systems UK Limited” və Britaniya Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.

Müqavilənin ümumi dəyəri 16 milyon dollardır. Müqavilənin 18 ay ərzində həyata keçiriləcəyi gözlənilir.

Müqaviləyə əsasən, “Elbit Systems” yüngül mikro durbinli “XACT nv33 NVG” cihazları tədarük edəcək. Sistem qaranlıq mühitdə missiya səmərəliliyini artırır və faralar olmadan nəqliyyat vasitələrinin idarə edilməsinə imkan verir. XACT ailəsindən olan gecəgörmə cihazları Almaniya da daxil olmaqla bir çox NATO ölkələri tərəfindən istifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Britaniya  


İsrail şirkəti Britaniya ordusuna gecəgörmə sistemləri tədarük edəcək

2021/06/israe-1623220307.jpg
Oxunub: 553     16:43     09 İyun 2021    
İsrailin “Elbit Systems” şirkəti Britaniya ordusuna “XACT Night” adlı gecəgörmə sistemləri tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Sistemlərin tədarükü üçün şirkətin Londondakı törəməsi olan “Elbit Systems UK Limited” və Britaniya Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.

Müqavilənin ümumi dəyəri 16 milyon dollardır. Müqavilənin 18 ay ərzində həyata keçiriləcəyi gözlənilir.

Müqaviləyə əsasən, “Elbit Systems” yüngül mikro durbinli “XACT nv33 NVG” cihazları tədarük edəcək. Sistem qaranlıq mühitdə missiya səmərəliliyini artırır və faralar olmadan nəqliyyat vasitələrinin idarə edilməsinə imkan verir. XACT ailəsindən olan gecəgörmə cihazları Almaniya da daxil olmaqla bir çox NATO ölkələri tərəfindən istifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Britaniya  


Bizi "telegram"da izləyin