Texasda Ermənistanın mina xəritələrini təhvil verməməsinə etiraz aksiyası keçirilib

2021/06/60bf1-1623136178.jpg
Oxunub: 555     11:08     08 İyun 2021    
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində etiraz aksiyası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məqsəd - Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icma hakimiyyətinin nümayəndəsinin həlak olmasına, mina xəritələrini verməkdən imtina edən Ermənistanın yolverilməz davranışına, terrorçu dövlət olmasına diqqəti cəlb etmək olub.

Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib
Respublika Günü ilə əlaqədar Nyu-York, Los-Anceles və Atlantada aksiya keçirilib - FOTO
“Berlin Azərbaycan Evi”nin sədri vəfat edib
Şəhərin Westheimer Road & Post Oak bulvarı ərazisində təşkil edilən aksiya zamanı soydaşlarımız baş vermiş faciəyə hiddətlərini Məhərrəm İbrahimovun və Sirac Abışovun portretlərini, "Jurnalistlər minalarla öldürüldü!", "Erməni yalanlarına YOX deyin!", "Erməni terrorizmi", "Təhlükəli minalar!" şüarlarının, mina partlayışlarının qorxunc təsvirlərinin əks olunduğu plakatları nümayiş etdirməklə bildiriblər.

Azərbaycanlı icmasının nümayəndələri şəhərdə etiraz yürüşü də keçiriblər. Sonra mərkəzi parklardan birində, şəhid olmuş jurnalistlərin xatirəsinə, yaradılan guşəyə qərənfillər düzüblər.

Samir Novruzov bildirib ki, aksiyalar zamanı Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi kəskin şəkildə pislənilib. Bildirilib ki, bu, azad edilmiş torpaqlarımızda və regionda sülhün və normal həyatın bərpa edilməsinə maneədir. Soydaşlarımız dünya ictimaiyyətini və nüfuzlu media təşkilatlarını Ermənistanın beynəlxalq konvensiyaları pozmasına göz yümmamağa, bu problemin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Texas   Azərbaycan  

Texasda Ermənistanın mina xəritələrini təhvil verməməsinə etiraz aksiyası keçirilib

2021/06/60bf1-1623136178.jpg
Oxunub: 556     11:08     08 İyun 2021    

Bizi "telegram"da izləyin