Ordu.az xəbər verir ki, bu barədə PUA-ları istehsal edən “Boeing” şirkəti məlumat yayıb.
Şirkət sınaqları “tarixi hadisə” adlandırıb.
PUA havada ABŞ donanmasının F/A-18 “Super Hornet” təyyarələrinə yanacaq doldurub.
Bundan əvvəl, “Boeing” şirkətinin Pentaqonla ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün ilk dörd insansız tanker təyyarəsinin istehsalı və çatdırılması üçün müqavilə imzaladığı bildirilmişdi. Müqavilə dəyəri 805 milyon dollardır. Sifariş üçün son tarix 2024-cü ildir.
Sevinc Əliyeva
Ordu.az