“Azərbaycanlılar Cermukdan 10 km uzaqdadırlar, ali baş komandan olsaydım, özümü güllələyərdim” - Serj Sarkisyan

2021/02/sasfa-1613470676.jpg
Oxunub: 7824     15:00     07 İyun 2021    
“Bəli, bu yalançılar illər ərzində o barədə danışırdılar ki, Ermənistanda rahat yaşamağımız üçün Qarabağı vermək, Qarabağdan azad olmaq lazımdır. Qarabağ bunlar üçün boğazdan asılmış daş, böyük daş olub”.

Ordu.az xəbər verir ki, bunu Cermuk şəhərində “Şərəfim var” ittifaqının fəalı və yerli sakinləri ilə görüşdə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

“İzah etməyə, deməyə çalışırdıq ki, Cermuk da daxil olmaqla Ermənistandan orduya çağrılmış əsgərlər Qarabağda, təkcə Qarabağı yox, həm də Ermənistanın sərhədlərini qoruyurlar. Məlumatı dəqiqləşdirməyim üçün sual verirəm, azərbaycanlılar Cermukdan neçə kilometr məsafədədirlər? 10 km məsafədə. İndi azərbaycanlılar Cermukdan 10 km uzaqdadırlar, əvvəllər 10 dəfə daha uzaqda idilər”, - deyə Sarkisyan qeyd edib.

Serj Sarkisyan deyib ki, müharibə onun üçün həyatda ən nifrət etdiyi şeydir, heç vaxt nəinki müharibə, heç döyüş əməliyyatları olmasını istəməyib, lakin kim döyüş əməliyyatlarından yayınırsa, nəticə bu olur: “And içirəm, ali baş komandan olsaydım, bu cür vəziyyət olsaydı, mən özümü sadəcə güllələyərdim”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sarkisyan   Paşinyan  

“Azərbaycanlılar Cermukdan 10 km uzaqdadırlar, ali baş komandan olsaydım, özümü güllələyərdim” - Serj Sarkisyan

2021/02/sasfa-1613470676.jpg
Oxunub: 7825     15:00     07 İyun 2021    