Türkiyə PUA-ları: Moskva ilə Ankara arasında yeni anlaşmazlıq səbəbi

2021/06/8899-1623054378.jpg
Oxunub: 2724     12:43     07 İyun 2021    
Türkiyə PUA-ları birdən çox qarşıdurma arenasında üstünlüyünü nümayiş etdirdikdən sonra Rusiya və bir sıra Qərb ölkələri Ankaranın yeni üstünlüyündən narahat olmağa başladılar və hökumətlər bu müdafiə sənayesindəki boşluğu aradan qaldırmaq üçün Pilotsuz Uçuş Aparatlarının (PUA) inkişaf sürətini sürətləndirməyə çağırdılar.

Bundan əlavə, Almaniya hökuməti Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin modernləşdirmə zərurətini döyüş əməliyyatları zamanı bu tip sistemlərin məhv edilməsində Türkiyə PUA-larının uğurundan sonra açıqladı.

Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank bir müddət əvvəl bildirdi ki, tezliklə Türkiyə PUA-ları Avropa hava məkanında görünəcək. Bunun ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanının Türkiyənin “Baykar Savunma” şirkətindən PUA-lar əldə etmək niyyəti ilə bağlı açıqlaması gəldi.

Daha sonra Polşa Müdafiə naziri Mariusz Blaszak ölkəsinin rəsmi olaraq Türkiyədən PUA alacağını bildirdi. Türkiyə və Polşa arasında PUA-ların tədarükü ilə bağlı müqavilə imzalanıb. 2022-ci ildə Polşaya ümumilikdə 24 “Bayraktar TB2” PUA-larının təhvil verilməsi gözlənilir ki, bu da Polşanı NATO ittifaqında Türkiyə PUA-larına sahib ilk ölkə halına gətirəcək.

Rusiya sərhədləri yaxınlığında olan Türkiyə PUA-ları iki ölkənin strateji münasibətlərinə ciddi problem yaradacaq. Mütəxəssislərin fikrincə, Türkiyə PUA-larının Polşa tərəfindən alınması çox böyük nəticələrə səbəb olacaq və Moskva və Ankaranın ortaq maraqlarına zərər verə bilər.

Türkiyə ilk üç PUA istehsalçısı arasında yer alır

80-ci illərdə Qərb dövlətləri Kipr müharibəsindən sonra Türkiyəyə silah satışına qadağa qoyduqdan sonra Ankara müdafiə sənayesinin inkişafına yanaşmasını dəyişdirdi və özəl sektoru sənayeni mümkün qədər modernləşdirməyə təşviq edərək milli qaynaqlara güvənməyə qərar verdi. Bu, mütləq asılılıqdan tam muxtariyyətə tədricən keçid idi, bundan sonra Ankara bu sektorun ixracatçıları sırasına qoşula bildi.

Son 5 ildə Türkiyənin müdafiə sənayesində 350-ə yaxın yeni layihəyə start verilib və bu səylər sayəsində 2020-ci ildə yeddi türk şirkəti Amerikanın “DefenseNews” nəşrinə görə dünyanın ən yaxşı müdafiə müəssisələri siyahısına daxil edildi.

Türkiyənin hərbi-sənaye kompleksindəki şirkətlərin sayı 56-dan 1500-ə qədər artdı və ölkənin bu sektordakı ixracatı 248 milyondan qalxaraq 3 milyard dollardan çox oldu.

Son iyirmi ildə Türkiyə PUA istehsalı sahəsində uzun bir yol qət edib. Bu, Ankaranın ABŞ və İsraildən bu tip hava vasitələrinin idxalından tamamilə imtina etməsinə və ilk üç istehsalçıdan birinə çevrilməsinə imkan verdi.

Türkiyə şirkətləri ölkənin silahlı qüvvələri ilə əməkdaşlıq edərək, inkişaf etmiş xüsusiyyətləri olan fərqli PUA modelləri hazırladılar.

Bu gün Türkiyə demək olar ki, bütün növ PUA-lar istehsal edir. Bu sahədə əsas önə çıxan şirkətlər “Anka” və “Aksungur” kimi PUA-lar istehsal edən Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) və “Bayraktar TB2” və “Akıncı” kimi zərbə PUA-ları istehsal edən “Baykar Savunma”dır.

“Bayraktar TB2” PUA-ları inkişaf etmiş döyüş və texniki xüsusiyyətləri ilə seçilir və yaxın keçmişdə bu PUA-lar dünyanın bir çox ölkəsində döyüşdə öz qabiliyyətini sübut edib.

Döyüş meydanında sübut edilən PUA-lar

Türkiyə PUA-ları ölkənin hərbi potensialının inkişafında mühüm rol oynadı. Bu hava vasitələri ən az zərər və xərclə hərbi əməliyyatlar keçirməyə imkan yaradır.

Suriyanın şimalında hava məkanının bağlanmasına baxmayaraq, PUA-lar bölgədə fəal şəkildə fəaliyyət göstərir, İdlib şəhəri və ətrafındakı Suriya ordusunun hərbi obyektlərini bombalayaraq məhv edir. Liviyada Xəlifə Həftər qüvvələrinin hücumunu dəf etməkdə yüksək məhsuldarlıq nümayiş etdirdilər, döyüş dalğasını əks istiqamətə itələdilər və paytaxtın mühasirəsini qırmağa kömək etdilər. Son olaraq, Türkiyə istehsalı PUA-lar Qarabağda Ermənistan ordusunun fəlakətli itkilər verməsinə səbəb oldu.

“Baykar Savunma” şirkəti yerli və qlobal PUA sənayesinin lider oyunçularından biridir. Hər şey 2007-ci ildə “Bayraktar TB2” PUA-larının prototipinin hazırlanması ilə başladı, 2012-ci ilin yanvarına qədər şirkət hava vasitələrinin istehsalına başladı və ilk uçuş sınaqları 29 aprel 2014-cü ildə edildi.

2014-cü ilin noyabr ayında ilk 6 ədəd PUA Türkiyə ordusuna təhvil verildi. Həmin vaxtdan etibarən “Bayraktar TB2” Türkiyə Silahlı Qüvvələri tərəfindən aktiv istifadə edilir.

Bunlardan başqa Türkiyə ordusu TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Anka” və “Aksungur” PUA-ları əldə etdi.

Türkiyə PUA-ları yüksək hündürlüklərdə 24 saatdan çox fasiləsiz uçmaq və radarlardan gizlənmək qabiliyyətinə malikdir. Müharibə meydanı üzərindən uçarkən hərbi bazalara foto və video göndərmək qabiliyyətinə malikdir, PUA-lar raketlər və ağıllı bombalarla təchiz oluna bilər. Nəhayət, yüksək dərəcədə manevrlidirlər və həm statik, həm də hərəkət edən hədəfləri vurmağa qadirdirlər.

Bölgədəki ölkələr Türkiyə PUA-ları almağa can atır

Suriya və Liviyada, Azərbaycanın Qarabağ bölgəsinin işğaldan azad edilməsində aktiv istifadə edilən PUA-lar PKK terror təşkilatının da məhv edilməsində uğurlu oldu. Döyüş meydanında izlərini qoyan Türkiyə PUA-ları bölgədə və dünyada bir çox dövlətin diqqətini çəkdi.

2017-ci ilin əvvəlində Türkiyə Qətərə bir neçə “Bayraktar TB2” PUA-ları satdı və 2019-cu ildə Ukraynaya silah-sursata əlavə olaraq eyni tip 6 təyyarənin tədarükü barədə müqavilə imzaladı. Razılaşma təxminən 69 milyon dollar dəyərində qiymətləndirilir.

Serbiya və Macarıstan da bu təyyarə modelini almaq istədiklərini bildirib. Bundan əlavə, Britaniyanın Türkiyədən PUA almaq istəyi barədə məlumatlar yayılıb.

Bu ilin əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının PUA-lar əldə etmək istədiyini açıqlayıb. Mərakeşlilərin müqaviləni yaxın vaxtlarda imzalaması ilə bağlı xəbərlərin fonunda Tunis “Anka” PUA-ları almağa qərar verdi.

Polşa kənarda qalmadı. Bu yaxınlarda imzalanan müqaviləyə görə, Türkiyə bu ölkəyə 24 ədəd “Bayraktar TB2” zərbə PUA-ları tədarük edəcək.

Türkiyə PUA-larının qiymətləri qlobal həmkarları ilə rəqabət aparır. ABŞ-ın “Reaper” PUA-larının qiyməti 16 milyon dollar olduğu halda, “Bayraktar TB2”nin dəyəri 6 milyon dollardır, bu da az zəngin ölkələrin öz hərbi qüvvələrini müxtəlif bölgələrdə və şəraitdə effektivliyini sübut etmiş müasir PUA-larla təmin etməsinə imkan verir.

Rusiya narahatdır

Türkiyə PUA-larının Rusiya ilə sərhəd yaxınlığında olması iki ölkə arasındakı strateji münasibətlərə ciddi bir problem yaradacaq. Ukrayna və Polşa tərəfindən bu tip silahların əldə edilməsinin iki ölkənin ortaq maraqlarına toxunan və zərər verən böyük nəticələri olacağı gözlənilir.

Şübhəsiz ki, Moskva sərhədlərindəki və döyüşdüyü cəbhələrdə Türkiyə PUA-larının fəaliyyətindən narahatdır. Bundan əlavə, Moskva Suriya, Liviya və Azərbaycanda Türkiyə PUA-larının hücumlarını dəf edə bilmədikdən sonra Rusiyanın HHM sisteminin nüfuzundan narahatdır.

Görünən odur ki, bir tərəfdə Rusiya HHM sistemləri ilə digər tərəfdən Türkiyənin hücum silahları arasında gizli hərbi rəqabət var və tərəzilər Ankaranın xeyrinədir.

Kreml Ukraynanın Rusiyanın “Tor” və “Pantsir” HHM sistemlərinə qarşı təsirli olduğunu sübut edən Türkiyə PUA-larının imkanlarından istifadə etmək üçün səy göstərdiyini görür. Kiyev Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan ssenarisini izləyərək Donbası azad etmək üçün bunlardan istifadə etməyi planlaşdırır.

“Bayraktar” PUA-ları Rusiyaya qarşı güclü vasitə sayılır və bu, xüsusilə Ukraynanın mövcud münaqişədə ABŞ-dan və bir sıra Avropa ölkələrindən dəstəyi nəzərə alınaraq bu ölkənin narahatlığına səbəb olur.

Eyni zamanda Ankara, regional və qlobal sənədlərdə Türk-Rusiya tərəfdaşlığına zərbə vurmaq üçün Ukraynadakı Amerika tələsini görür və bu səbəbdən də Rusiya ilə ticari, hərbi və strateji əlaqələrini riskə atmayacaq. Bunun əvəzinə, özü üçün vacib olan məsələlərdə güzəştlər almaq üçün Ukrayna arenasında Moskvaya bir növ təzyiq göstərməyə çalışacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   PUA   Türkiyə  

Türkiyə PUA-ları: Moskva ilə Ankara arasında yeni anlaşmazlıq səbəbi

2021/06/8899-1623054378.jpg
Oxunub: 2725     12:43     07 İyun 2021    

Bizi "telegram"da izləyin