Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Müqavilənin ümumi dəyəri 3.5 milyard dollardır. Müqavilə “Boeing” şirkəti tərəfindən icra ediləcək.
Müqaviləyə 85 ədəd AGM-114R “Hellfire” raketləri, dəstək avadanlığı, ehtiyat hissələri, ehtiyat mühərrik, gecəgörmə avadanlığı və digər cihazlar daxildir.
ABŞ bundan əvvəl Avstraliyaya MQ-9B PUA-ları, CH-47F ağır yük helikopterlərinin satılmasına razılıq verib.
Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Pentaqona tabe qurumdur. Bu qurum xaricə hərbi texnika, silah təchizatı, ABŞ və digər silahlı qüvvələr arasında təmasların təşviqi və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımlar barədə hökumətlərarası müqavilələrin təmin edilməsinə cavabdehdir.
Sevinc Əlieyeva
Ordu.az