71 xidmət yoldaşı ilə birlikdə PUA ilə məhv edilən erməni hərbi qulluqçu

2021/06/27797-1622789058.jpg
Oxunub: 10809     11:02     04 İyun 2021    
Qarabağ müharibəsində məhv edilmiş erməni hərbi qulluqçu Artyom Zaxaryan “Mənəm” proqramı üzrə erməni ordusuna çağrılıb.

Ordu.az xəbər verir ki, müharibə günlərində, 2020-ci il oktyabrın 11-də erməni hərbi qulluqçular 3 avtomobillə A nöqtəsindən B nöqtəsinə gediblər, lakin Azərbaycan Ordusu Hadrut-Cəbrayıl sektorunda onların yerini müəyyənləşdirib və onları PUA zərbələri ilə zərərsizləşdirib.

3 “Kamaz”da olan 72 erməni hərbi qulluqçudan heç biri xilas ola bilməyib. 19 yaşlı Artyom Zaxaryan bu erməni əsgərlərdən biri olub.

“72 əsgərdən heç biri sağ qalmayıb, hamısı ölüb, təsəvvür edirsiniz? Hərbi biletini pencəyinin içindən tapmağımıza baxmayaraq, Artyomumun meyiti də tanınmaz olub. Oğlumun meyitinin bir hissəsi Gorusda, digər hissəsi İrəvan morqunda idi: DNT vasitəsilə qalıqları tapmışıq”, - deyə erməni hərbi qulluqçunun atası Robert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   PUA   Qarabağ-Müharibəsi  

71 xidmət yoldaşı ilə birlikdə PUA ilə məhv edilən erməni hərbi qulluqçu

2021/06/27797-1622789058.jpg
Oxunub: 10810     11:02     04 İyun 2021    