Avstraliya ordusuna “Boxer” zirehli kəşfiyyat maşınları təhvil verilib

2021/06/554-1622704821.jpg
Oxunub: 656     19:19     03 İyun 2021    
Almaniyanın “Rheinmetall” şirkəti Avstraliya ordusuna 25 ədəd “Boxer” zirehli kəşfiyyat maşınları təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Maşınlar Avstraliya ordusunun modernləşdirilməsi proqramı çərçivəsində alınıb. Maşınların alınması barədə müqavilənin ümumi dəyəri 5.2 milyard dollardır. Ümumilikdə bu ölkəyə 211 “Boxer” zirehli maşınları təhvil veriləcək.

Avstraliya “Rheinmetall” şirkətinin zirehli, təkərli nəqliyyat vasitələri üçün əsas müştərilərindən biridir. Şirkət eyni zamanda Britaniya ordusuna da bu maşınlardan satır.

8x8 təkər formuluna malik “Boxer” müxtəlif silahlar daşımağa imkan verən modul dizaynlı çoxməqsədli zirehli personal daşıyıcıdır. Onun əsasında mobil komanda məntəqələri, zirehli tibbi nəqliyyat vasitələri və s. yaradılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Boxer  


Avstraliya ordusuna “Boxer” zirehli kəşfiyyat maşınları təhvil verilib

2021/06/554-1622704821.jpg
Oxunub: 657     19:19     03 İyun 2021    
Almaniyanın “Rheinmetall” şirkəti Avstraliya ordusuna 25 ədəd “Boxer” zirehli kəşfiyyat maşınları təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Maşınlar Avstraliya ordusunun modernləşdirilməsi proqramı çərçivəsində alınıb. Maşınların alınması barədə müqavilənin ümumi dəyəri 5.2 milyard dollardır. Ümumilikdə bu ölkəyə 211 “Boxer” zirehli maşınları təhvil veriləcək.

Avstraliya “Rheinmetall” şirkətinin zirehli, təkərli nəqliyyat vasitələri üçün əsas müştərilərindən biridir. Şirkət eyni zamanda Britaniya ordusuna da bu maşınlardan satır.

8x8 təkər formuluna malik “Boxer” müxtəlif silahlar daşımağa imkan verən modul dizaynlı çoxməqsədli zirehli personal daşıyıcıdır. Onun əsasında mobil komanda məntəqələri, zirehli tibbi nəqliyyat vasitələri və s. yaradılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Boxer  


Bizi "telegram"da izləyin