Türkiyə may ayında Azərbaycana 18.6 milyon dollarlıq hərbi məhsul ixrac edib

2020/02/11111-1581575774.jpg
Oxunub: 4594     12:00     03 İyun 2021    
Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru 2021-ci ilin may ayında müxtəlif ölkələrə 170.4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə 61 müxtəlif sektordan olan 95 mindən çox şirkətin məlumatlarını topayan Türkiyə İxracatçılar Məclisinin yaydığı məlumatda qeyd olunub.

Qeyd olunur ki, bu rəqəm ötən ilin may ayı ilə müqayisədə 51.6 % artıqdır.

Türkiyə 2021-ci ilin ilk beş ayı ərzində 1 milyard dollardan çox müdafiə məhsulu ixrac edib.

2021-ci ilin may ayında Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatında önə çıxan ölkələr bunlardır:

ABŞ – 90 milyon dollar
Azərbaycan – 18.6 milyon dollar
Polşa – 9.9 milyon dollar
Almaniya – 8.5 milyon dollar
BƏƏ - 7 milyon dollar

Qeyd edək ki, Türkiyə bu ay Polşaya 24 ədəd “Bayraktar TB-2” PUA-larının satılması barədə müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   BayraktarTB-2   PUA  


Türkiyə may ayında Azərbaycana 18.6 milyon dollarlıq hərbi məhsul ixrac edib

2020/02/11111-1581575774.jpg
Oxunub: 4595     12:00     03 İyun 2021    
Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru 2021-ci ilin may ayında müxtəlif ölkələrə 170.4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə 61 müxtəlif sektordan olan 95 mindən çox şirkətin məlumatlarını topayan Türkiyə İxracatçılar Məclisinin yaydığı məlumatda qeyd olunub.

Qeyd olunur ki, bu rəqəm ötən ilin may ayı ilə müqayisədə 51.6 % artıqdır.

Türkiyə 2021-ci ilin ilk beş ayı ərzində 1 milyard dollardan çox müdafiə məhsulu ixrac edib.

2021-ci ilin may ayında Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatında önə çıxan ölkələr bunlardır:

ABŞ – 90 milyon dollar
Azərbaycan – 18.6 milyon dollar
Polşa – 9.9 milyon dollar
Almaniya – 8.5 milyon dollar
BƏƏ - 7 milyon dollar

Qeyd edək ki, Türkiyə bu ay Polşaya 24 ədəd “Bayraktar TB-2” PUA-larının satılması barədə müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   BayraktarTB-2   PUA  


Bizi "telegram"da izləyin