Ordu.az xəbər verir ki, bu barədə “Janes” nəşri yazıb.
2022-ci maliyyə ilində ABŞ-ın Raketdən Müdafiə Agentliyi üçün təqdim etdiyi büdcə 8.9 milyard dollardır.
Agentliyin 2019-cu maliyyə ilində büdcəsi 10.41 milyard, 2020-ci ildə 9.431 milyard, 2021-ci ildə 9.187 milyard dollar olub.
Büdcə layihəsində “Aegis” Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin inkişaf etdirilməsi üçün 732.5 milyon dollar tələb olunur. Sistem qitələrarası ballistik raketlərlə mübarizə aparmaq üçün uyğunlaşdırılacaq.
Sevinc Əliyeva
Ordu.az