DSX-nin hərbi hissə və bölmələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib

2021/06/photo-1622542197.jpg
Oxunub: 511     14:30     01 İyun 2021    
Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, sərhəd mühafizə qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin ailə üzvlərinin qatıldığı tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar bayram münasi­bətilə təbrik edilib..

Çıxış edənlər zəngin milli-mənəvi dəyərlərə malik xalqımızın uşaqlara hər zaman qayğı və məhəbbətlə yanaşdığı, uşaqların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən olması qeyd edilib, cəmiyyətimizin gələcəyi olan uşaqların yüksək mənəvi-əxlaqi xüsusiyyətləri, intellektual qabiliy­yətləri ilə həm həyatda layiqli yer tutacaqlarına, həm də ölkəmizin inkişafına töhfələrini verəcəklərinə əminlik ifadə olunub.

Tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən Müharibəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının övladları ziyarət edilib, onlara hədiyyələr təqdim edilib.

Bayram şənliklərində uşaqların ifa etdiyi şeir və mahnı nümunələri, rəqs nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanmış, cizgi film personajlarının, nağıl qəhrəmanlarının çıxışları uşaqların bayram ovqatını edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


DSX-nin hərbi hissə və bölmələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib

2021/06/photo-1622542197.jpg
Oxunub: 512     14:30     01 İyun 2021    
Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, sərhəd mühafizə qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin ailə üzvlərinin qatıldığı tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar bayram münasi­bətilə təbrik edilib..

Çıxış edənlər zəngin milli-mənəvi dəyərlərə malik xalqımızın uşaqlara hər zaman qayğı və məhəbbətlə yanaşdığı, uşaqların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən olması qeyd edilib, cəmiyyətimizin gələcəyi olan uşaqların yüksək mənəvi-əxlaqi xüsusiyyətləri, intellektual qabiliy­yətləri ilə həm həyatda layiqli yer tutacaqlarına, həm də ölkəmizin inkişafına töhfələrini verəcəklərinə əminlik ifadə olunub.

Tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən Müharibəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının övladları ziyarət edilib, onlara hədiyyələr təqdim edilib.

Bayram şənliklərində uşaqların ifa etdiyi şeir və mahnı nümunələri, rəqs nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanmış, cizgi film personajlarının, nağıl qəhrəmanlarının çıxışları uşaqların bayram ovqatını edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin