Türkiyə ilə Ukrayna arasında strateji hərbi tərəfdaşlığın perspektivləri və zərbə PUA-ları – ANALİZ

2021/05/76876-19469400600.jpg
Oxunub: 7604     15:02     31 May 2021    
Rusiya üçün ən arzuolunmaz geosiyasi ssenarilərdən biri Qara dəniz regionunun digər iki gücü olan Türkiyə və Ukrayna arasında strateji ittifaqın qurulmasıdır. Belə bir nəticə Kremlin Avropanın Şərqindəki və daha geniş Qara dəniz bölgəsinfəki planlarını əngəlləməklə yanaşı, onun Yaxın Şərqdəki ambisiyalarını da pozacaq. Qərbdə az fərqlənsə də, Ankara və Kiyev arasında səssizcə və tədricən belə bir prosesin getdiyi görünür.

Hələ 2015-ci ilin sonlarında Türkiyənin Suriya ilə sərhəd yaxınlığında ölkənin hava məkanına daxil olan rus bombardmançısının vurulmasından sonra Moskva ilə Ankara arasında münasibətlər sürətlə pisləşəndə, Kiyev və Ankara dərhal hərbi və iqtisadi sahələrində geniş kooperativ təşəbbüslərinə başladılar. Türkiyənin Rusiya ilə münasibətləri təxminən 2016-cı ilin yayından etibarən yaxşılaşsa da, bu əməkdaşlıq davam etdi.

2018-ci ilin 3-4 noyabr tarixlərində Ukraynanın sabiq prezidenti Petro Poroşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər etdi. Bu, iki liderin beşinci rəsmi görüşü idi. Keçmişdə apardıqları danışıqlarda ortaq olduğu kimi üç əsas “zənbilə” düşən məsələləri müzakirə etdilər: hərbi, iqtisadiyyat və Ukraynanın Rusiya ilə münasibətlərindəki Türk arbitrajı - xüsusilə Krım tatarlarının işğal altındakı Krımdakı vəziyyəti. Səfər çərçivəsində Poroşenko və Ərdoğan ilk olaraq 2011-ci ildə qurulmuş ikitərəfli format olan Yüksək Səviyyəli Strateji Şuranın yeddinci iclasını keçirdilər.

Ərdoğanla söhbət etdikdən sonra Prezident Poroşenko bildirdi ki, bizim üçün vacib olan Türkiyənin Rusiyanın Azov dənizindəki fəaliyyəti içərisində kənarda qalmayacağına dair verdiyi təminatlardır. 25 noyabrda Rusiyanın Ukraynanın Mariupol və Berdyansk limanlarına çatmaq istəyən Ukraynanın üç dəniz gəmisinə hücumunu nəzərə alaraq, bu açıqlama retrospektiv baxımdan olduqca diqqətəlayiq idi.

2018-ci ilin əvvəlində Poroşenko da Türkiyədə Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) açılış mərasiminə qatıldı. Bu tədbirdə Ukrayna prezidenti ölkəsinin bu boru kəmərindən qaz almağa açıq olacağını elan etdi.

Kreml üçün Türkiyə ilə Ukraynanın inkişaf etməkdə olan münasibətlərinin ən qıcıqlandıran tərəfi, şübhəsiz ki, artan hərbi əməkdaşlıqlarıdır. Bu iki dövlət onsuz da Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Qara dənizdəki hərbi təlimlərində birgə iştirak edirlər.

Eyni zamanda, Türkiyə Montre konvensiyasına əsasən, müharibə dövründə Rusiyanın Şərqli Aralıq dənizinə çıxışını məhdudlaşdıra biləcək boğazlara nəzarət edir.

Montre Konvensiyası, Ukraynanın perspektivindən, iki tərəfi də kəskin olan qılıncdır, çünki Qara dəniz regionunda olmayan NATO üzvlərinin gəmilərinin boğazdan keçməsini də məhdudlaşdırır. Üstəlik, Türkiyə Qara dənizdə Alyansın daimi hərbi dəniz missiyasının yaradılmasına qarşı çıxmağa davam edir. 2017-ci ilin sentyabr ayında Ukrayna parlamentinin deputatı Anna Hopko Türkiyəni Moskvanın Qara və Azov dənizindəki fəaliyyətini nəzərə alaraq Rusiyanın Boğazdan keçməsinə mane olmağa çağırdı. Rusiyanın 25 Noyabrda Ukraynaya qarşı dənizdəki həmləsi işığında bu fikir Kiyevdə son zamanlarda əlavə bir sürət qazanmışdı.

2018-ci ilə qədər hərbi sahədə Ukrayna-Türkiyə əməkdaşlığı aşağıdakı praktik təşəbbüslərdə reallaşıb:

- Türkiyə və Ukrayna birlikdə NATO çərçivəsində iştirak edir və müntəzəm olaraq yüksək səviyyəli ikitərəfli görüşlər keçirirlər.

- 2016-cı ilin aprelində Ukraynanın dövlətə məxsus müdafiə sənayesi müəssisəsi “Ukroboronprom” Türkiyənin “Havelsan” şirkəti ilə passiv radar istehsal müəssisələrinin istismarı mövzusunda əməkdaşlığa başladı.

- 2017-ci ilin aprel ayında dövlət firması “Ukrinmash” “Havelsan”dan gələn məsləhətçilərlə birlikdə Ukraynada vahid kiber təhlükəsizlik mərkəzinin yaradılması üçün hazırlıqlara başladı.

- 2017-ci ilin may ayında Ukraynanın dövlətə məxsus təyyarə istehsalçısı “Antonov” zərbə PUA-larının müxtəlif modifikasiyalarının inkişafı və istehsalı üçün Türk Aerokosmik Sənayeleri (TUSAŞ) ilə əməkdaşlıq memorandumu imzaladı. Memorandumu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Oleksandr Turçinov da imzaladı.

- 2016-cı ilin noyabrında, bir illik danışıqlardan sonra Ukrayna, Türkiyənin ASELSAN firması ilə hərbi radio sistemlərinin Ukrayna ordusunun əvvəllər mövcud olan “Harris” və “Motorola” modelləri ilə uyğunlaşdırılması üçün lazımlı proqram təminatı ilə birlikdə bir müqavilə imzaladı.

- 2018-ci ilin aprelində Türkiyə və Ukrayna NATO standartlarına uyğun olaraq inşa edilmiş An-188 adlı ortaq bir nəqliyyat təyyarəsini təqdim etdilər.

- Türkiyə “Altay” əsas döyüş tankına mühərrik almaq üçün Ukraynaya üz tutmağı düşünür. 2017-ci ildə il hər iki dövlətin baş nazirləri Türkiyə tankları üçün Ukrayna istehsalı 6ТD3 mühərriklərinin istehsalına dair bir anlaşma memorandumu imzaladılar.

- 2018-ci ilin may ayında Ukraynanın dövlət şirkəti “Luç” Türkiyənin ASELSAN şirkəti ilə birlikdə “Skif” tank əleyhinə idarəolunan raketini sınaqdan keçirdi.

- Ukraynanın Daxili İşlər Naziri Arsen Avakovun sözlərinə görə, Ukrayna Türkiyənin M-17 helikopterlərinin modernləşdirilməsinə dair bir tenderi qazandı.

- Ukrayna, Donbasda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatında Türkiyənin iştirakına açıqdır.

Bu artan kooperativ təşəbbüslər siyahısına əsasən bir sıra strateji nəticələr çıxarmaq mümkündür. Birincisi, hərbi-texniki əməkdaşlıqları Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsini sürətləndirməyə və NATO standartlarına yaxınlaşdırmağa kömək edə bilər. Digər tərəfdən, Türkiyə tank mühərriki və ya təyyarə dizaynı və istehsalı da daxil olmaqla Ukraynanın öz intellektual və texniki mənbələrindən istifadə edir. Nəhayət, Türkiyə ilə Ukraynanın yaxın əməkdaşlığı Rusiyanın Qara dəniz bölgəsindəki balanslaşdırma milli təhlükəsizlik marağından qaynaqlanır. Rusiyanın Azov dənizi ilə bağlı fəliyyətləri Türkiyə və Ukraynanın inkişaf etməkdə olan hərbi strateji tərəfdaşlığını daha da artıracaq.

Əlbətdə hər iki tərəfin bu əməkdaşlığı nə qədər irəli aparacağını görmək lazımdır. Ancaq hərbi, siyasi və iqtisadi sahələrin daha da inkişaf etdirilməsi, Rusiyanın daha da genişlənməsinin qarşısını ala bilər və təsirli şəkildə qarşısını alır. Beləliklə, Kiyev və Ankara arasındakı bu strateji hərbi tərəfdaşlığın genişlənərək inkişaf etməsi Qərbin kollektiv marağındadır.

Yeni dövr və güclənən müdafiə əlaqələrində zərbə PUA-larının rolu

Qeyd etdiyimiz kimi, artıq Türkiyə və Ukrayna bir müddətdir perspektivli müdafiə əməkdaşlığının sütunlarını qururlar. İki ölkə hazırda PUA müharibəsi, aviasiya mühərrikləri və raket texnologiyası kimi oyun dəyişdirən hərbi sahələrdə əməkdaşlıq edirlər. Ötən ilin 16-17 oktyabr tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən zirvədən sonra Türkiyə-Ukrayna strateji əlaqələri Qara dəniz bölgəsində yeni geosiyasi gerçəklik yaratmağa hazır görünür.

Türkiyə ilə Ukrayna arasında ən diqqət çəkən əməkdaşlıq sahəsi Pilotsuz Uçuş Aparatlarıdır (PUA). Türkiyənin yaxın gələcəkdə istismara veriləcək yüksək səviyyəli “Akıncı” zərbə PUA-sı ilk növbədə prototip sınaq uçuşları zamanı Ukraynanın “İvachenko-Progress AI-450T” turboprop mühərrikləri ilə təchiz edilmişdi.

Məşhur “Pantsir ovçusu” hesab olunan “Bayraktar” TB2 PUA-larının istehsalçısı “Baykar” şirkəti tərəfindən istehsal olunan “Akıncı” inkişaf etmiş sensorları, mövcud silah sistemləri, AESA radarları sayəsində Türkiyə ordusunun arsenalında əsl bir sıçrayışa imza atacaq. 2019-cu ildə “Baykar” şirkəti Ukraynanın “Ukrboronprom” dövlət hərbi-texniki şirkətinin üzvü “Ukrspetsexport” ilə Qara Dəniz Qalxanı adlanan ortaq müdafiə müəsisəsi quraraq Ukrayna ilə müdafiə sənayesi əməkdaşlığını artırdı. Qara Dəniz Qalxanı proqramı kosmik mühərriklər və raket texnologiyası da daxil olmaqla ölkələr arasında geniş əməkdaşlığı nəzərdə tutur.

“Ukrainian Defense Review” nəşrinin məlumatına görə, “Baykar” və Ukraynanın hərbi-sənaye kompleksi ümumi çəkisi 5.5 ton (ən azı bir tonu döyüş yükü), sürəti saatda 900 kilomter olan PUA istehsal etməyə hazırlaşırdı. Bu ortaq hədəf üçün inandırıcı həllərdən biri Çexiyanın L-39 “Albatros” təlim təyyarəsi və yüngül hücum təyyarələri də daxil olmaqla müxtəlif platformalara quraşdırılan “İvachenko-Progress” şirkətinin AI-25TLT turbofan mühərriki ola bilər.

Türkiyənin Ukraynaya zərbə tipli “Bayraktar” TB2 PUA-larını satması da diqqətəlayiq məsələdir. “Bayraktar” TB2 effektivliyi döyüşdə sübut edilmiş platformalarından biridir. Onun Suriyadakı ekspedisiyalardan Qarabağda sona çatan Ermənistan-Azərbaycan müharibəsinə qədər uzanan döyüş qabiliyyəti var. “Roketsan” şirkəti tərəfindən istehsal edilən ağıllı mərmilərlə təchiz edilən “Bayraktar” TB2 zirehli döyüş maşınları, əsas döyüş tankları, qoşun konsentrasiyaları, mobil hava hava hücumundan müdafiə sistemləri, artilleriya bölmələri və Qarabağ müharibəsindən də göründüyü kimi mobil ballistik raket atıcı qurğuları da daxil olmaqla geniş hədəflərə qarşı etibarlı həllər təqdim edir.

Türkiyənin xəbər agentlikləri Ukraynanın əvvəlcə bu sistemlərdən 12-sini satın aldığını və qısa müddət sonra 48 PUA-dan ibarət daha böyük paket alacağını bildirib. Daha da əhəmiyyətlisi, Ukrayna təhlükəsizlik qüvvələri qısa müddətdə ölkənin şərqindəki separatçılara qarşı əməliyyatlarında Türkiyə istehsalı olan PUA-lardan istifadə edə bilər. Bu baş verərsə, belə bir inkişaf Türkiyə PUA-larının Rusiya istehsalı olan silahlarla qarşı-qarşıya qaldıqları Liviya, Suriya və Qarabağdan sonra dördüncü cəbhə olacaq. Azərbaycandan sonra inkişaf etmiş PUA-larla üstünlük qazanmaq Kiyevin hərbi qabiliyyətlərini əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Ankara ilə Kiyev arasında bir başqa maraqlı silah əməliyyatı bu yaxınlarda Türkiyəyə modernləşdirilmiş S-125 (Goa-3) “yer-hava” tipli raket sisteminin satılması idi. Ukraynanın modernləşdirmə proqramı Sovet dövründən qalma S-125-in manevr hədəflərinə qarşı 25 kilometr məsafəsini təxminən 40 kilometrə qədər artırıb.

Türkiyə ordusu Ukraynadan aldığı modernləşdirilmiş S-125-i iki yolla istifadə edə bilər. Birincisi, raket sistemi xarici ölkələrdəki kontingentləri dəstəkləmək üçün irəli yerləşdirilə bilər. Liviya bu baxımdan ən ağlabatan yerdir. Türkiyənin əvvəllər yaxınlığında MiM-23 “Haw” və “Korkut” REM vasitələri yerləşdirdiyi Vatiya avibazası 2020-ci ilin iyul ayında Misirdən havaya qalxan Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən hücuma məruz qaldı. Türkiyənin silah arsenalında məhdud sayda orta mənzilli HHM sistemləri var və bu ehtiyaclar üçün hazırlanan yerli “Hisar” sistemləri hələ hazır deyil. Beləliklə, modernləşdirilmiş S-125 raketləri Türkiyə ordusunun bu boşluğunu doldura bilər.

İkincisi, Türkiyə S-400 HHM sistemi konfiqurasiyasının bir hissəsi olaraq modernləşdirilmiş S-125-lərdən istifadə edə bilər. Sinop şəhərində keçirilən sınaqlardan sonra Türkiyə Silahlı Qüvvələrinin S-400-lərin tezliklə istismara verəcəyi gözlənilir. Sovet dizayn fəlsəfəsinə əsaslanan iki HHM sistemi bir arxitektua daxilində işləyə bilər.

Türkiyə və Ukraynanın müdafiə sənayesində əməkdaşlığını görmək üçün “Aselsan” şirkətinin Ukraynadakı investisiya portfelini izləmək lazımdır. 2019-cu ildə şirkət Ukraynada yüksək səviyyəli hərbi rabitə sistemləri üçün sərfəli müqavilə təmin etdi. “Aselsan” tədarük üçün Kiyevdə yerli istehsal müəssisəsi də istismara verib. Zirehə davamlılıq da ikitərəfli strateji əlaqələr üçün vacib bir gündəm maddəsidir. Suriyadakı əməliyyat zamanı təhlükəli tank əleyhinə idarə olunan raket (TƏİR) təhdidləri ilə qarşılaşan Türkiyə 2018-ci ildən etibarən Ukraynanın “Zaslon” ailəsinə məxsus aktiv qoruma sistemlərinə maraq göstərir.

Nəhayət, dəniz sistemlərinə gəldikdə, Türkiyənin MILGEM sinfinə məxsus korvetləri Qara dənizdə Ukrayna Donanması üçün yeni qabiliyyət təklif edə bilər. Artıq bu barədə müqavilələr imzalanıb. Ukrayna bu gəmi növü üçün Pakistanı izləyən ikinci ixracat ölkəsi olacaq.

Kiyev və Ankara arasında inkişaf edən müdafiə əlaqələri bəzi diqqətəlayiq geosiyasi reallıqları özündə ehtiva edir. Türkiyə misilsiz strateji-hərbi gündəm həyata keçirir. Türkiyə Ukrayna ilə əhatəli müdafiə əməkdaşlığı müqaviləsi imzalayıb, eyni zamanda əvvəllər Rusiyadan satın aldığı S-400 HHM sistemlərini sınaqdan keçirib. Beləliklə, Ankara Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukrayna ilə son dərəcə yaxın müdafiə əlaqələri qurduğu halda, Rusiya Federasiyasından strateji silah sistemi satın alan yeganə Şimali Atlantik Müqavilə Təşkilatının (NATO) üzvüdür.

Əslində, Türkiyənin müdafiə texnoloji və sənaye bazası gəlirli texnologiya transferi və birgə istehsal imkanları üçün NATO və NATO xaricindəki müttəfiqləri (Cənubi Koreya və İsrail) ilə əməkdaşlıq edir. Ukrayna bu mövzuda digər bir vacib tərəfdaş olacaq, lakin Türkiyəyə Qara dənizdə Rusiyanı tarazlaşdırmağa kömək etmək üçün əlavə siyasi-hərbi əhəmiyyətə sahibdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Ukrayna   NATO   Bayraktar  

Türkiyə ilə Ukrayna arasında strateji hərbi tərəfdaşlığın perspektivləri və zərbə PUA-ları – ANALİZ

2021/05/76876-19469400600.jpg
Oxunub: 7605     15:02     31 May 2021    

Bizi "telegram"da izləyin