“Abrams” REM vasitələrinə davamlı GPS sistemi ilə təchiz ediləcək

2021/05/E1Reo-1622286467.jpg
Oxunub: 836     18:23     29 May 2021    
ABŞ Ordusu M1A1 “Abrams” tanklarını GPS siqnallarının radioelektron mübarizə (REM) vasitələri ilə pozulduğu və ya sıradan çıxarıldığı mühitlərdə işləyə bilən GPS sistemləri ilə təchiz etməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defence blog” nəşri yazıb.

MAPS adlanan sistem sensorları, inersial naviqasiya sistemləri də daxil olmaqla bir çox mənbədən məlumatları birləşdirə biləcək, GPS məlumatlarını doğrulayacaq və ya hətta əvəz edə biləcək alternativ yaradır.

Yeni REM vasitələrinə davamlı GPS cihazı hazırda Amerika zirehli maşınlarına quraşdırılıb.

2019-cu ilin noyabr ayının əvvəlində ABŞ-ın kosmik və müdafiə şirkəti “General Dynamics” şirkətinin bir hissəsi olan “General Dynamics Mission Systems” oxşar cihazları Almaniyada ABŞ hərbi maşınlarına quraşdırdığını elan edib.

Son analiz hesabatlarına görə, Rusiyanın Ukrayna və Suriyaya hərbi müdaxiləsindən sonra GPS pozma təhdidləri artır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Abrams  


“Abrams” REM vasitələrinə davamlı GPS sistemi ilə təchiz ediləcək

2021/05/E1Reo-1622286467.jpg
Oxunub: 837     18:23     29 May 2021    
ABŞ Ordusu M1A1 “Abrams” tanklarını GPS siqnallarının radioelektron mübarizə (REM) vasitələri ilə pozulduğu və ya sıradan çıxarıldığı mühitlərdə işləyə bilən GPS sistemləri ilə təchiz etməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defence blog” nəşri yazıb.

MAPS adlanan sistem sensorları, inersial naviqasiya sistemləri də daxil olmaqla bir çox mənbədən məlumatları birləşdirə biləcək, GPS məlumatlarını doğrulayacaq və ya hətta əvəz edə biləcək alternativ yaradır.

Yeni REM vasitələrinə davamlı GPS cihazı hazırda Amerika zirehli maşınlarına quraşdırılıb.

2019-cu ilin noyabr ayının əvvəlində ABŞ-ın kosmik və müdafiə şirkəti “General Dynamics” şirkətinin bir hissəsi olan “General Dynamics Mission Systems” oxşar cihazları Almaniyada ABŞ hərbi maşınlarına quraşdırdığını elan edib.

Son analiz hesabatlarına görə, Rusiyanın Ukrayna və Suriyaya hərbi müdaxiləsindən sonra GPS pozma təhdidləri artır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Abrams  


Bizi "telegram"da izləyin