Britaniyanın yeni aviadaşıyıcısı NATO təlimlərinə qatılıb, Çinə mesaj verib

2021/05/63589-1622267854.jpg
Oxunub: 790     17:00     29 May 2021    
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Queen Elizabeth” aviadaşıyıcısı bu həftə Cənubi Çin dənizinə getməzdən əvvəl Aralıq dənizində NATO-nun keçirdiyi hərbi təlimlərdə iştitrak edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Avidaşıyıcının səfərdən öncə təlimlərə qatılması ekspertlər tərəfindən Çinə mesaj kimi şərh edilib.

Britaniya Avropa İttifaqından ayrılmasından sonra hələ də Qərbin maraqlarını müdafiə etməyə hazır olduğunu deyir və Çinin beynəlxalq qaydalara hörmət etməsini istəməyə çalışacağına işarə edir.

Gəminin komandiri və kapitanı Stiv Murhauz Portuqaliya sahillərində aviadaşıyıcının göyərtəsindəki F-35B döyüş təyyarələri ətrafında təlimlərdə iştirak etmənin çox güclü bəyanat olduğunu bildirib.

“Bu, qlobal bir donanma olduğumuzu və geri qayıtmaq istədiyimizi göstərir”, - deyə o qeyd edib.

Britaniya ABŞ-ın İraq və Əfqanıstandakı əsas döyüş müttəfiqi və Fransa ilə birlikdə Avropa Birliyindəki əsas hərbi güc idi. Ancaq 2016-cı ildə Aİ-dən çıxması onun qlobal rolu barədə suallar yaratmışdı.

Britaniya donanmasının aviadaşıyıcısı 8 ay boyunca Hind-Sakit okean bölgəsində ABŞ, Sinqapur, Yaponiya və Cənubi Koreyadan gələn dəniz gəmiləri ilə birlikdə təlimlər keçirəcək.
Birtaniyanın da hazırda Çin kimi iki aviadaşıyıcısı var. Üzərində 10-larla F-35 döyüş təyyarəsi daşıyan 65.000 tonluq gəmi səfər zamanı iki esmines, iki freqat, sualtı qayıq və iki dəstək gəmisi tərəfindən müşayiət ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   Aviadaşıyıcı  

Britaniyanın yeni aviadaşıyıcısı NATO təlimlərinə qatılıb, Çinə mesaj verib

2021/05/63589-1622267854.jpg
Oxunub: 791     17:00     29 May 2021    

Bizi "telegram"da izləyin