“Bu gün biz tam hüquqlu danışıq aparan tərəf deyilik, ümidi Rusiyanın üzərinə qoyan tərəfik” - Köçəryan

2021/05/345-1620299416.jpg
Oxunub: 604     16:02     28 May 2021    
“Ölkələr arasında sərhəd tanınmış demarkasiyadan sonra hesab edilir, bu, Ermənistan və Azərbaycan arasında aparılmayıb”.

Ordu.az xəbər verir ki, bunu mayın 27-də Ermənistanln Kotayk vilayətinin sakinləri ilə görüş zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

“Bu sərhəd bir çox yerlərdə dəqiqləşdirməyə ehtiyac duya bilər, proses uzundur. Biz Gürcüstanla illərlə demarkasiya ilə məşğul olurduq. Kifayət qədər problemli prosesdir: hər bir metr torpaq üçün danışıqlar gedir”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, bu gün Ermənistanın düşdüyü vəziyyət bənzər demarkasiya üçün ermənilərə əlverişli deyil.

“Bu gün biz tam hüquqlu danışıq aparan tərəf deyilik, bu gün biz bütün ümidi Rusiyanın üzərinə qoyan bir tərəfik”, - deyə o qeyd edib.

Sakinlərdən biri Köçəryana müraciət edərək deyib: “Su 25 Xankəndini bombardıman edəndə mən sizinlə bir otaqda olmuşam”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


“Bu gün biz tam hüquqlu danışıq aparan tərəf deyilik, ümidi Rusiyanın üzərinə qoyan tərəfik” - Köçəryan

2021/05/345-1620299416.jpg
Oxunub: 605     16:02     28 May 2021    
“Ölkələr arasında sərhəd tanınmış demarkasiyadan sonra hesab edilir, bu, Ermənistan və Azərbaycan arasında aparılmayıb”.

Ordu.az xəbər verir ki, bunu mayın 27-də Ermənistanln Kotayk vilayətinin sakinləri ilə görüş zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

“Bu sərhəd bir çox yerlərdə dəqiqləşdirməyə ehtiyac duya bilər, proses uzundur. Biz Gürcüstanla illərlə demarkasiya ilə məşğul olurduq. Kifayət qədər problemli prosesdir: hər bir metr torpaq üçün danışıqlar gedir”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, bu gün Ermənistanın düşdüyü vəziyyət bənzər demarkasiya üçün ermənilərə əlverişli deyil.

“Bu gün biz tam hüquqlu danışıq aparan tərəf deyilik, bu gün biz bütün ümidi Rusiyanın üzərinə qoyan bir tərəfik”, - deyə o qeyd edib.

Sakinlərdən biri Köçəryana müraciət edərək deyib: “Su 25 Xankəndini bombardıman edəndə mən sizinlə bir otaqda olmuşam”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin