Gələcəyin silahları: Vətən müharibəsindən sonra dünyada PUA-ların yayılması ilə bağlı müşahidə olunan trendlər

2020/12/4445-3215002810.jpg
Oxunub: 2203     16:14     28 May 2021    
2001-ci ilin yanvar ayında ABŞ-da “Predator” adlı Pilotsuz Uçuş Aparatı (PUA) dünya tarixində ilk dəfə müvəffəqiyyətli raket sınağı həyata keçirdi. PUA-ya inteqrasiya edilən “Hellfire” raketi saxta bir tanka zərbə endirdi. Həmin sınaqlardan 20 ildən artıq müddət keçib. 20 il sonra PUA-lar o vaxt az adamın xəyal edə biləcəyi dərəcədə döyüş vasitəsinə çevrilib. Dünyanın 100-dən çox dövlətinin ordusu müəyyən dərəcədə silahlı və ya silahsız PUA-ya sahibdir. Tezliklə bu rəqəmin artacağı istisna olunmur. PUA-ların görünüşü, daşıdığı sursatlar və digər faydalı yüklər bu hava vasitələrinin növünü çox artırıb. Bunların növləri artdıqca onlara qarşı əks-tədbirlər hazırlamaq qabiliyyəti də potensial olaraq çətinləşib.

Yeni PUA istehsalçılarının orataya çıxması xüsusilə orta və böyük PUA bazarının daha rəqabətcil və dinamik olmasına səbəb olub. Çin, İsrail, Türkiyə və ABŞ-dan olanlara əlavə olaraq, Rusiya, İtaliya və Cənubi Afrikadakı şirkətlər PUA-lar inkişaf etdirmək üçün müxtəlif araşdırma və inkişaf layihələrinə başlayıblar.

Bəzi ölkələr əvvəllər tək bir təchizatçıya malik olsa da, indi daha müxtəlif ölkələrdən PUA-lar axtarırlar. “Reuters” agentliyinin məlumatına görə, bu yaxınlarda İsrailin “Heron 1” PUA-larından istifadə etdiyini elan edən Mərakeş hazırda ABŞ-ın MQ-9 “Reaper” PUA-ları ilə maraqlanır. ABŞ-ın böyük PUA-ları ixrac etmə siyasətində yumşaltmalar etməsi, Amerika istehsalı bu hava vasitələrinin daha çox ölkəyə ixrac edilməsinə səbəb ola bilər.

Həm PUA üçün komponentlərin ucuzlaşması, həm də yerli istehsalçıları artırmağa yönəlmiş dövlət siyasətləri bəzi ölkələrə xarici tədarükçülərdən asılı olmayaraq PUA-lar əldə etmək imkanları yaratdı. Məsələn, İspaniya hökumətinin RAPAZ proqramı ölkənin Silahlı Qüvvələri tərəfindən qiymətləndirilməsi üçün kiçik PUA-lar əldə edərək yerli sənayeni təşviq etməyə çalışır. Eynilə, Ukraynanın kiçik PUA parkındakı hava vasitələrinin əksəriyyəti Rusiyanın Krımı ilhaq etməsindən sonra “Athlon Avia” kimi yerli istehsalçılar tərəfindən təmin edilir. Ukrayna və Türkiyə, İspaniya və Kolumbiya, Cənubi Afrika və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr arasındakı əməkdaşlıq PUA-ların, bu hava vasitələri üçün alt sistemlərin və döyüş sursatlarının hazırlanması üçün birgə layihələrə səbəb oldu. Bu əməkdaşlıqlar istehsalçılara yerli potensial yaratmaq, yeni bazarlara və texnologiyaya çıxış əldə etmək və ixrac məhdudiyyətlərini aşmaq üçün yollar təklif edir.

PUA-lar getdikcə daha çox bomba, raket və digər döyüş sursatları ilə təchiz olunur. ABŞ-ın “Hellfire” və ya Çinin “Blue Arrow-7” kimi “hava-yer” tipli tank əleyhinə raketləri ən məşhurları olsa da, onların sırasına müxtəlif ölçülü idarəolunan bombalar, “hava-hava” raketləri və digər döyüş sursatları qoşulub. Nəticədə, bəzi PUA-lar tipik olaraq ekipajlı döyüş təyyarələri tərəfindən həyata keçirilən əməliyyatları, eləcə də Hava Hücumundan Müdafiənin (HHM) sıradan çıxarılması kimi (SEAD) vəzifələri öz üzərinə götürə bilər.

Çinin “Blowfish A3” və Türkiyənin “Songar” kimi yeni yaranan, yüngül, yenidən istifadə edilə bilən PUA-ları dəyişdirilə bilən minaatan, qumbaraatan və yüngül pulemyotlarla təchiz edilə bilər. Hücum qabiliyyətli PUA-ların çoxalması onların daşıdığı döyüş sursatlarının inkişafına və satışına təkan verir. Türkiyənin ROKETSAN şirkətinin PUA-lar üçün hazırladığı MAM (mini ağıllı sursat) ailəsi adlanan yüngül döyüş sursatlarına beynəlxalq maraq günü-gündən artır.

PUA-lar Şimali Afrikada, Sahel bölgəsində, Ərəbistan Yarımadasında və Qafqazda baş verən son silahlı qarşıdurmalarda önə çıxdı. Liviyada Türkiyə və BƏƏ qarşı tərəflərdəki aktorlara zərbə PUA-ları tədarük etdi. Yəməndə İranın dəstəklədiyi “Husi” qiyamçıları Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna hücum etmək üçün PUA-lardan istifadə edir.

Vətən müharibəsində Azərbaycan ordusunun PUA-lar və onların daşıdığı sursatlarla yüksək performans göstərməsi barədə aprel ayının sonunda nəşrlərdən birinə danışan Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer bu hava vasitələrini “gələcəyin silah sistemləri” adlandırıb və onların qiymətinin ucuz və əldə edilməsinin asan olduğunu bildirib. Qarşıdakı illərdə baş vermə potensialı olan müharibə və kiçik miqyaslı toqquşmalarda bu hava vasitələri əsas rol oynayacaq.

ABŞ Müdafiə Nazirliyinin yeni PUA əleyhinə strategiyası bu sistemlərin dövlət və qeyri-dövlət aktorları arasında artan populyarlığını və onların aşkarlanmasının və zərərsizləşdirilməsinin çətinliyini nəzərə alaraq, ucuz və kiçik ölçülü PUA-ların yaratdığı təhdidlərə yönəlib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Vətən-müharibəsi   PUA  

Gələcəyin silahları: Vətən müharibəsindən sonra dünyada PUA-ların yayılması ilə bağlı müşahidə olunan trendlər

2020/12/4445-3215002810.jpg
Oxunub: 2204     16:14     28 May 2021    

Bizi "telegram"da izləyin