Erməni hüquqşünas: “Ali baş komandandan başlayaraq orduda dəyişikliklər etmək istəkləri yoxdur”

2021/05/asfas-1622099106.jpg
Oxunub: 924     16:47     27 May 2021    
İlin əvvəlindən bu günə qədər Ermənistan Silahlı Qüvvələrində 11 nəfər ölüb, bunlardan 4-ü intihar həddinə çatdırmaq əsası ilə olub. Sonuncu dəfə Ermənistanın Verin Şorja sektorunda müqaviləli erməni hərbi qulluqçu V.Xurşudyan ölümcül odlu silah yarası alıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts hesab edir ki, bütün bunlar Ermənistan Silahlı Qüvvələrində bu anda hökm sürən vəziyyətdən xəbər verir.

Ermənistanın “İnsan hüquqları naminə jurnalistlər” ictimai təşkilatının sədri Janna Aleksanyan deyib ki, bu gün Ermənistanın ali baş komandanından başlayaraq orduda dəyişikliklər etmək istəyi yoxdur və yalnız qidanı dəyişməklə nəsə etdiklərini düşünürlər.

“Seçkilərlə məşğuldurlar, bu gündəlik qurbanlar heç kimdə təşviş yaratmır, istintaq orqanları bütün hərbi cinayət işlərini daha öncə ört-basdır etdikləri kimi yenə ört-basdır edirlər. Bu hakimiyyətdə dəyər sistemi yoxdur. Onlar əsgər ölümlərindən daha çox öz stullarında qalmaq haqqında düşünürlər”, - deyə Aleksanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran   SQ  


Bizi "telegram"da izləyin