“Elbit”in gecəgörmə cihazlarının satışlarında artım müşahidə edilib

2021/05/asfas-1622098404.jpg
Oxunub: 755     16:12     27 May 2021    
İsrailin “Elbit Systems” müdafiə sənayesi şirkətinin rüblük gəlirləri artıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkətin gəlirləri 1.07 milyard dollardan 1.12 milyard dollara çatıb. Şirkətin sifariş rezervləri rübün sonunda 11.8 milyard dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 10.8 milyard dollar olub.

Şirkət qlobal müdafiə xərclərinin artması ilə gecəgörmə texnologiyası satışlarının da artdığını qeyd edir.

Şirkətin ABŞ-dakı nümayəndəliyi ötən il ABŞ ordusu ilə termal görüntülmə və artırılmış reallıq (Augmented Reality - real həyatda mövcud olmayan obyektləri smartfon və ya planşetdə əks etdirib onların necə görünəcəyini rahatlıqla yoxlamağa imkan verir) qabiliyyəti olan inkişaf etmiş gecəgörmə sistemlərinin satılması ilə bağlı 442 milyon dollar dəyərində müqavilə imzalayıb.

“Elbit Systems” 2019-cu ildə “L3Harris Technologies” şirkətinin gecəgörmə sektorunu 350 milyon dollara satın alıb, Almaniya və Hollandiya ilə hərbi müqavilələr imzalayıb.

Şirkət hələ də COVID-19 pandemiyasından əziyyət çəkdiyini, çünki avadanlıqlarını nümayiş etdirəcək heç bir hava şousunun olmadığını bildirib.

Dekabr ayından bu yana “Elbit” müdafiə avadanlığı təchizatı üçün 1 milyard dollardan çox müqavilə imzalayıb və bundan başqa Yunanıstan Hərbi Hava Qüvvələri üçün 1.65 milyard dollarlıq təlim mərkəzi yaradacaq.

PUA, ekranlı dəbilqə və kibertəhlükəsizlik sistemlərinin istehsalçısı olan “Elbit Systems” şirkəti İsrail, Avropa, Şimali Amerika, Cənubi Amerika və Asiya-Sakit okean bölgəsində bir çox ölkəyə müdafiə avadanlıqları satıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   İsrail  

“Elbit”in gecəgörmə cihazlarının satışlarında artım müşahidə edilib

2021/05/asfas-1622098404.jpg
Oxunub: 756     16:12     27 May 2021    

Bizi "telegram"da izləyin