Tariximizin ən şanlı, ən parlaq səhifəsi

2021/05/32432-1622182168.jpg
Oxunub: 1035     10:21     28 May 2021    
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycanda xalqımız azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Bu mübarizə çətin sınaqlarla, tarixin dirənişləri ilə də üzləşib. Gülüstan müqaviləsi ilə ikiyə bölünən Azərbaycanda milli-azadlıq hərəkatı heç zaman səngiməyib. Bu mübarizənin məntiqi nəticəsi olaraq 1918-ci ilin 28 mayında İstiqlal Bəyannaməsi imzalandı, Azərbaycan dövlətçiliyi yenidən tarixin səhifələrinə qayıtdı - Azərbaycan Xalq Cümhuriyyəti quruldu.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin ilk demokratik dövlət təsisatı oldu. Müstəqil, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu təsdiqlədi.

1918-ci il mayın 28-də Tiflisdə, Qafqaz canişininin iqamətgahında tarixi iclas keçirildi. Milli Şura 24 nəfər lehinə, 2 nəfər bitərəf qalmaqla Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul edərək, Azərbaycanın müstəqilliyini rəsmi olaraq elan etdi. İstiqlal Bəyannaməsinin qəbul olunması ilə Azərbaycanda müstəqil dövlət, Cümhuriyyət yaranması dünyaya bəyan edildi. Müstəqilliklərini elan edən Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq, 1918-ci il iyunun 4-də ayrı-ayrı müqavilələr imzaladılar. Azərbaycanla bağlanan Dostluq və Əməkdaşlıq Müqaviləsini Azərbaycan tərəfdən Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə və Xarici İşlər naziri Məmməd Həsən Hacınski imzaladı. Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə ilə imzalanan müqavilənin üçüncü maddəsi Azərbaycanın torpaq və ərazi bütövlüyünü, dördüncü maddəsi isə Türkiyənin Azərbaycana siyasi və hərbi köməyini əhatələyirdi.

AXC dövründə milli dövlətçiliyin əsaslarının gücləndirilməsi istiqamətində də strateji əhəmiyyətli addımlar atıldı. Cümhuriyyət parlamenti milli dövlətçiliyin gücləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyan - xalq maarifinin inkişafına çox mühüm təkan verən vəzifələrdən birini reallaşdırdı. Ali qanunverici orqan tərəfindən qəbul edilən 1918-ci il 27 iyun tarixli qərara əsasən Azərbaycan dili dövlət dili elan olundu.

1918-ci il iyunun 26-da "Azərbaycan Milli Ordusunun yaradılması haqqında" qanun, sentyabrın 1-də Hərb Nazirliyinin yaradılması ilə əlaqədar qərar qəbul olundu. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərb naziri, general Əlağa Şıxlinski hərb nazirinin müavini, general Süleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. 1920-ci ilin yanvarında ordu quruculuğu işi tamamlandı və 30 mini piyada, 10 mini süvari olmaqla, 40 min nəfərlik nizami ordu yaradıldı.

Azərbaycan dinc, mədəni, çoxmillətli və çoxmədəniyyətli bir cəmiyyət kimi Cümhuriyyət dövründə də multikultural dəyərləri qoruyub və qanunla dəstəkləyib. 1919-cu il iyulun 21-də Azərbaycan Parlamenti "Azərbaycan Respublikasının Müəssislər Məclisinə Seçkilər Haqqında Əsasnamə"ni təsdiq etdi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə əsasən, Müəssislər Məclisinə seçkilərdə dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərdilər. Hökumətin qəbul etdiyi qərar ilə Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb olundu. Türk dünyasında və müsəlman aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən ölkə də məhz Azərbaycan oldu. Bu, dünya tarixi üçün mühüm hadisə idi.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, hökumət elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafına xüsusi diqqət göstərirdi. Orta tədris məktəblərinin yarısı milliləşdirildi, məktəblərdə milli tarix tədris olunmağa başlandı. Ölkədə müxtəlif dərəcəli məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açıldı. Xəstəxanalar tikilirdi, kənd yerlərində feldşer məntəqələri şəbəkəsi yaradılırdı, ağır xəstəliklərə qarşı mübarizə aparılırdı.

Hökumət tərəfindən 1918-ci il iyunun 24-də əvvəlcə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 1918-ci il noyabrın 9-da həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayraqla əvəzləndi.

1918-ci il dekabrın 7-də Parlamentin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini seçildi.

Cümhuriyyət Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar imperiya Azərbaycan Xalq Cümhuriyyətini ilhaq etsə də, onun ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi, xüsusən də parlament tarixində dərin və zəngin iz qoydu.

XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan suverenliyini qoruyub saxlaya bildi. Daxili və xarici təsirlərə görə dövlət müstəqilliyini itirmə təhlükəsi ilə üzləşəndə böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın ciddi tələbi ilə hakimiyyətə dəvət edildi. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını təmin etdi, gərəkli, qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müasir müstəqil Azərbaycan Ümummilli Liderin rəhbərliyi ilə sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndər dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq".

Azadlıq, müstəqillik, ərazi bütövlüyü həm bir vətəndaş üçün, həm də xalqlar, millətlər üçün müqəddəs, şirin nemətdir. Xalqımız azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləyib, bu yolda minlərlə şəhid verib. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir.

2020-ci ilin 27 sentyabrında düşmən təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı ilə başlayıb böyük Zəfərlə tamamlanan Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi vətənpərvərlik nümunəsi ən yüksək əxlaqi-etik keyfiyyət kimi özünü təsdiq etdi. Xalqımızın tarixin bu sınağından alnıaçıq, üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də azərbaycançılıq, Vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Artıq işğaldan azad olunmuş ərazilərimizdə günəş yenidən doğur, əzəli və əbədi yurd yerlərimiz yenidən canlanır, üçrəngli bayrağımızın kölgəsindəki işğaldan azad edilmiş bütün şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz yenidən qurulur.

Bu günlərdə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə dosta fəxarət, düşmənə göz dağı olan "Xarıbülbül" musiqi festivalı da qüdrətli və möhkəm dövlətimizin öz azadlığına, müstəqilliyinə, ərazi bütövlüyünə verdiyi dəyərlə dünyanın diqqət mərkəzində oldu. Bir daha təsdiqləndi ki, Azərbaycan dövlətçiliyi əbədidir!..

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"

* * *

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi özlüyündə möcüzə idi. İlk respublikanın baniləri çətinliklərlə üzləşdilər. Onlar respublikanı bütün çətinliklərə baxmayaraq elan etdilər, demokratik parlamenti və milli ordunu da çətinliklərə rəğmən qurdular, bütün həyatlarını millətin maarifləndirilməsi və inkişafına sərf etdilər. Qısa müddətdə mövcud olan respublikanın nailiyyətləri böyük əhəmiyyət daşıyırdı. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, respublika Azərbaycanın və Qafqazın müasir tarixində mühüm iz buraxdı.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya Birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır".

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May - Respublika Gününü hər il milli bayram kimi keçirir.

44 günlük Vətən müharibəsinin Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatması sübut etdi ki, dövlətimiz sələflərinin yolunu uğurla davam etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "Müstəqilliyi qorumaq onu qazanmaqdan da çətindir". Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dövləti müstəqilliyini, ərazi bütövlüyünü, dövlətçiliyini qoruyur və inkişaf etdirir. Dövlətçilik yolunda xalqımızı işıqlı sabahlar gözləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Respublika-Günü  

Tariximizin ən şanlı, ən parlaq səhifəsi

2021/05/32432-1622182168.jpg
Oxunub: 1036     10:21     28 May 2021    

Bizi "telegram"da izləyin