XİN başçısı: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığı yüksək qiymətləndiririk”

2021/05/dsgds-1620238224.jpg
Oxunub: 419     14:42     26 May 2021    
“Azərbaycan və Gürcüstan arasında son zamanlarda baş tutan yüksək səviyyəli səfərlər əlaqələrimizi keyfiyyətcə və strateji cəhətdən yeni səviyyəyə qaldıracaq”.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Nazir qeyd edib ki, qarşılıqlı səfərlər ölkələr arasındakı tərəfdaşlığın səviyyəsini nümayiş etdirir:

“Strateji tərəfdaşımız olan Azərbaycanı 28 May - Respublika günü münasibətilə təbrik edirəm. Biz Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Müstəqilliyimizin lap əvvəlindən bir-birimizi dəstəkləmişik və bu dəstəyi bir çox beynəlxalq formatda davam etdiririk. Azərbaycan və Gürcüstan arasında bu yaxınlarda yüksək səviyyəli səfərlər baş tutdu. Biz Azərbaycanın XİN başçısını, mənim dostum və həmkarım Ceyhun Bayramovu Tbilisidə qonaq etdik. Bu yaxınlarda isə Baş nazir dost Azərbaycana səfər etdi, Prezident İlham Əliyevlə, Azərbaycanın Baş naziri və parlament sədri ilə görüşdü. Bu, bizim tərəfdaşlığımızın səviyyəsini nümayiş etdirir və inanıram ki, bu çox yaxın bağlar bizim əlaqələrimizi keyfiyyətcə və strateji cəhətdən yeni səviyyəyə qaldıracaq. Ona görə də mən fürsətdən istifadə edərək bir daha azərbaycanlı qardaşlarımı təbrik edirəm”. (APA)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan  


XİN başçısı: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığı yüksək qiymətləndiririk”

2021/05/dsgds-1620238224.jpg
Oxunub: 420     14:42     26 May 2021    
“Azərbaycan və Gürcüstan arasında son zamanlarda baş tutan yüksək səviyyəli səfərlər əlaqələrimizi keyfiyyətcə və strateji cəhətdən yeni səviyyəyə qaldıracaq”.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Nazir qeyd edib ki, qarşılıqlı səfərlər ölkələr arasındakı tərəfdaşlığın səviyyəsini nümayiş etdirir:

“Strateji tərəfdaşımız olan Azərbaycanı 28 May - Respublika günü münasibətilə təbrik edirəm. Biz Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Müstəqilliyimizin lap əvvəlindən bir-birimizi dəstəkləmişik və bu dəstəyi bir çox beynəlxalq formatda davam etdiririk. Azərbaycan və Gürcüstan arasında bu yaxınlarda yüksək səviyyəli səfərlər baş tutdu. Biz Azərbaycanın XİN başçısını, mənim dostum və həmkarım Ceyhun Bayramovu Tbilisidə qonaq etdik. Bu yaxınlarda isə Baş nazir dost Azərbaycana səfər etdi, Prezident İlham Əliyevlə, Azərbaycanın Baş naziri və parlament sədri ilə görüşdü. Bu, bizim tərəfdaşlığımızın səviyyəsini nümayiş etdirir və inanıram ki, bu çox yaxın bağlar bizim əlaqələrimizi keyfiyyətcə və strateji cəhətdən yeni səviyyəyə qaldıracaq. Ona görə də mən fürsətdən istifadə edərək bir daha azərbaycanlı qardaşlarımı təbrik edirəm”. (APA)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin