Amerikalı general İraqda ABŞ hərbçilərinə qarşı PUA-lardan istifadə edilməsindən narahatdır

2021/05/26298-1621838151.jpg
Oxunub: 625     15:34     24 May 2021    
ABŞ Ordusunun Yaxın Şərq üzrə komandiri, general Frenk Makkenzi İraqda qanunsuz silahlıların PUA-lar istifadə edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Arab news” nəşri yazıb.

Amerikalı general PUA-ların aşkarlanması və zərərsizləşdirilməsinin çətin olduğunu bildirib.

O etiraf edib ki, ABŞ ordusu PUA-larla mübarizədə hələ də çətinlik çəkir.

General ordunun PUA ilə operator arasındakı əlaqəni kəsmək, təhlükəni yaxınlaşdıqda tez bir zamanda müəyyən etmək üçün radarları yaxşılaşdırmaq və onları zərərsizləşdirmək üçün təsirli yollar tapmaq üçün çalışdığını qeyd edib.

Bu ilin aprel ayında İraqın şimalında yerləşən ABŞ qoşunlarının da xidmət etdiyi aviabazaya hücum zamanı PUA-lardan istifadə edilmişdi. Hücum zamanı bir neçə binaya zərər dəyib. ABŞ hücuma görə İranı ittiham edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   İraq  


Amerikalı general İraqda ABŞ hərbçilərinə qarşı PUA-lardan istifadə edilməsindən narahatdır

2021/05/26298-1621838151.jpg
Oxunub: 626     15:34     24 May 2021    
ABŞ Ordusunun Yaxın Şərq üzrə komandiri, general Frenk Makkenzi İraqda qanunsuz silahlıların PUA-lar istifadə edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Arab news” nəşri yazıb.

Amerikalı general PUA-ların aşkarlanması və zərərsizləşdirilməsinin çətin olduğunu bildirib.

O etiraf edib ki, ABŞ ordusu PUA-larla mübarizədə hələ də çətinlik çəkir.

General ordunun PUA ilə operator arasındakı əlaqəni kəsmək, təhlükəni yaxınlaşdıqda tez bir zamanda müəyyən etmək üçün radarları yaxşılaşdırmaq və onları zərərsizləşdirmək üçün təsirli yollar tapmaq üçün çalışdığını qeyd edib.

Bu ilin aprel ayında İraqın şimalında yerləşən ABŞ qoşunlarının da xidmət etdiyi aviabazaya hücum zamanı PUA-lardan istifadə edilmişdi. Hücum zamanı bir neçə binaya zərər dəyib. ABŞ hücuma görə İranı ittiham edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   İraq  


Bizi "telegram"da izləyin