Çin yeni 20 lüləli zenit qurğusunun sınaqlarına başlayıb

2021/05/20-ba-1621681453.jpg
Oxunub: 1749     16:50     22 May 2021    
Çin ordusu yeni 20 lüləli zenit artilleriya qurğusunun sınaqlarına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Drive” nəşri yazıb.

Bildirilir ki, yeni silahın sınaqları üç mərhələdən keçib. Fotoşəkillərə görə, sınaqlar bu ilin yanvar, mart və aprel aylarında keçirilib.

Sistemin kalibri və atış dərəcəsi, habelə inkişafda olanların hansı mərhələdə olduğu barədə hələ məlumat yoxdur.

Sosial şəbəkədə yerləşdirilən görüntülərə görə, yeni qurğu 20 lüləli “Gatling” topudur. Sistemin Çin donamasında istifadə ediləcəyi bildirilir.

Çin donanmasında çoxlüləli oxşar sistemlər mövcuddur. “Type 730” artilleriya kompleksində 30 mm çaplı yeddi lülə və “Type 1130” eyni çaplı 11 lülə var. Yeni qurğunun da 30 mm çapda olması mümkündür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Zenit-qurğusu  


Bizi "telegram"da izləyin