Ömrün şəhidlik zirvəsi: Bu gün qələbə sevincini bizə yaşadanların ruhu qarşısında baş əyirik

2021/05/95f11-3243349312.jpg
Oxunub: 991     10:10     26 May 2021    
Vətən müharibəsi - tariximizə qızıl hərflərlə yazılan, xalqımıza zəfər sevincini yaşadan haqq savaşıdır. Döyüşlər zamanı hər bir azərbaycanlı Vətən naminə göz qırpmadan canından keçməyə hazır olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Xalq Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib, Vətənimizin müdafiəsinə qalxdı. İgid oğullarımız döyüşlərdə yüksək əzmkarlıq göstərərək ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə son damla qanınadək vuruşub tarixi ədaləti bərpa etdilər. Böyük Qələbənin qazanılmasında şücaətlə vuruşaraq şəhadətə qovuşan oğullarımızın payı əvəzsizdir. Bu igidlərimizdən biri də şəhid kapitan Hətəmxan Quliyevdir. Zabit 24 mart 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Hərbi mundirə olan sevgisi onun yolunu 2008-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən salıb. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit hazırlığı ixtisas kursu"nu müvəffəqiyyətlə bitirərək "leytenant" hərbi rütbəsində xidmətə başlayıb.

O, ilk vaxtlardan bilik və bacarığına görə həm komandanlığın, həm də tabeliyində xidmət edənlərin rəğbətini qazanıb. Seçdiyi peşəyə sevgi və məsuliyyətlə yanaşan zabit qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlir. Vətənə olan sevgisi, düşmənə olan nifrəti onun xidmətində uğurla irəliləməsində əsas rol oynayıb. Xidmət dövründə əldə etdiyi nailiyyətlərə görə Hətəmxan Quliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif edilib.

Ötən il sentyabrın 27-də erməni silahlı birləşmələri genişmiqyaslı təxribat törətməyə cəhd göstərdilər. Ordumuz bu təxribatın qarşısını alaraq əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi başlayan ilk gündən Hətəmxan tabeliyində olan şəxsi heyətlə Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılıb. Gərgin və şiddətli döyüşlərin 3-cü günü - sentyabrın 29-da kapitan Hətəmxan Quliyev şəhidlik zirvəsinə yüksəlir.

Ölümündən sonra şəhid zabit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dövlətin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Xidmət yoldaşlarından kapitan Cəmşid Ağayev Hətəmxan Quliyevin təbiətən vətənpərvər, səmimi, qayğıkeş və sadə bir insan olduğunu dedi. "Bu gün qazanılan qələbə Hətəmxan kimi şəhidlərimizin sayəsində əldə olundu. Biz onunla illərin dostuyuq. Hərbi təhsil ocağında birlikdə təhsil almışıq. Şəhidimiz Vətəni hər şeydən çox sevir, doğma Qarabağımızın azadlığı uğrunda gedəcək döyüşləri səbirsizliklə gözləyirdi. Döyüşlərə hazır olmaq üçün mütəmadi olaraq bilik və bacarıqlarını təkmilləşdirirdi. Vətənə olan sonsuz sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Hətəmxan kimi vətənpərvər zabitimizin yeri həmişə aramızda görünəcək. Onun yoxluğu ürəyimizi yandırsa da, təsəlli tapırıq ki, şəhidimizin qisası düşməndən alındı, Vətənimizin ərazi bütövlüyü bərpa edildi".

- Tükənməz Qarabağ sevgisi ilə yaşayan Hətəmxan Vətənimizin dar günündə övladlıq borcunu ləyaqətlə yerinə yetirdi, - deyə gizir Xaliq Məmmədov söhbətə başladı. - Şəhidimiz əzmkarlığı və qətiyyəti ilə seçilirdi. Onun kimi vətənpərvər igid Vətənimizin dar günündə geri çəkilməyərək son damla qanınadək vuruşdu, şəhidlik zirvəsinə ucaldı. Bu gün qələbə sevincini bizə yaşadanların ruhu qarşısında baş əyirik. Onlar həmişə xoş xatirələrlə anılacaq, xalqımızın qəlbində daima yaşayacaqlar.

44 günlük Vətən müharibəsi milli kimliyimizin, birliyimizin və rəşadətli ordumuzun gücünün bariz nümunəsidir. Bu haqq savaşında döyüşərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bu yolda yüksək zirvəyə ucalan igidlərimizi hər birimiz tanımalıyıq.

Ruslan Həsənzadə "Azərbaycan Ordusu"

* * *
Ermənistanın Azərbaycana qarşı elan etmədən başladığı müharibədə rayonlarımız, şəhərlərimiz, qəsəbələrimiz yüzlərlə kəndimiz işğal edildi, minlərlə oğul şəhid oldu, əsirlik əzabları yaşadı. Neçəsindən xəbər yoxdu. Bunları çağırışçılar da eşidirdi, gənclər də. Hərdən atalarından, hərdən müəllimlərindən soruşurdular: Niyə belə oldu? Cavablar onları hərdən qane edərdi, hərdən yox. Bütün hallarda hamısı hərbi xidmətə getməyə tələsərdi. O ümidlə ki, hərbi xidmətdə olacaqlar, Ali Baş Komandan döyüş əmri verəcək, onlar da döyüşəcəklər, torpaqlarımızı işğaldan azad edəcəklər...

Oğullar bu niyyətlə böyüyürdülər... Çağırışçılar hərbi xidmətə bu istəklə gedirdilər...

İlham Məmmədovun ailəsi Qərbi Ermənistanda, Dərələyəzdə yaşayırdı. Ermənilik tufanı onları da doğma ocağından iraq saldı. Şəmkir rayonunun Yeniabad kəndində məskunlaşıb yaşayan İlham Məmmədov iki oğul böyüdürdü. Göz dolusu oğullarına baxdıqca qüruru yerə-göyə sığmırdı.

Yeniabaddan üzü Qarabağa aparacaq yola baxır, digər çağırışçıların atası kimi oğullarının hərbi xidmətə gedəcəyi günün intizarıyla yaşayırdı. Günlər ay olurdu, aylar il...

Cavid 1990-cı ildə, Çingiz 1992-ci ildə anadan olmuşdu.

Uşaqlıqdan heç biri cığal olmamışdı. Bəlkə də dostluq duyğusu hər ikisində elə o yaşlarından ailədə yaranıbmış. Belə böyümüşdülər, belə cavanlaşmışdılar.

Cavid hərbi xidmətə gedəndə qardaşına "Başınızı uca edəcəm..." demişdi. İlhamın bir əli Cavidin, bir əli Çingizin çiyninə enmişdi...

Cavid hərbi xidmətdən qayıdanda Çingizin sevinci, qüruru kükrəmişdi. Qardaşının hərbi mundirini böyük həvəslə geyinmişdi. Onda anası çağırış yaşlı oğlunu bağrına basmışdı, qolları oğlunun kürəyində çarpazlaşmışdı: "Yaxın vaxtlarda sən də əsgər olacaqsan, ay oğul, darıxma", - demişdi...

Çingiz də nümunəvi xidmət etdi. Tərxis olundu...

Çingiz 2012-ci ildə, Cavid 2017-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunu bitirdilər...

Ata da, ana da oğullarını "Mənim əsgər balam!" kəlmələriylə əzizləyəndə bir daha əmin olurdular ki, müharibə şəraitində hərbi mundirlilər hərbi borcunu yerinə yetirirlər. Mülkilər əsgərləşirlər. Bu qənaət onların qələbə inamına qarışırdı...

Qardaşlar müxtəlif hərbi hissələrdə xidmət edə-edə ordumuzun digər hərbi qulluqçuları kimi Ali Baş Komandanın əmriylə döyüşəcəkləri, torpaqlarımızı işğaldan azad edəcəkləri günü gözləyirdilər. Bir-birinin düşüncələrində yaşaya-yaşaya bir-birindən xəbərsiz...

Cavid komandanlığa müraciət edərək döyüş bölgəsində xidmət etmək istədiyini bildirdi. Xahişi yerinə yetirildi...

"Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur..." - İlham və Faya Məmmədovlar 2020-ci il sentyabrın 27-də Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin xalqa müraciətini eşidəndə oğulları düşmənlə döyüşlərdəydi...

Gizir Cavid Məmmədov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan postda xidmət edirdi. Əks-hücum əməliyyatı başlayanda Talış kəndi istiqamətində döyüşürdü. Əmr yerinə yetirildi. Düşmən Mübariz İbrahimovun adını daşıyan postu keçməyə cəhd göstərirdi. Döyüşçülərimizin ciddi müqaviməti düşməni geri çəkilməyə məcbur etdi.

Şəhid Cavid Məmmədov Şəmkirin Yeniabad kəndində dəfn olundu. Camaat şəhidi haqq dünyasına yola saldığı anlarda Çingizə xəbər çatdı ki, Cavid şəhid olub...

Cavid Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edirdi. Ömər aşırımının azad edilməsində cəsarətlə döyüşürdü. Qəflətən hiss etdi ki, komandiri yaralandı. Onu döyüşün içindən çıxartmaq üçün irəli atıldı. Komandirinə çatdı. Beş-altı addım uzaqlaşmamışdı ki, ağır yara aldı, şəhid oldu...

Cavid dəfn olunan gün şəhid oldu Çingiz; qardaşının qisasını almışdı - son nəfəsində baxışlarında sezilməsi çətin olmayan incə bir təbəssüm donmuşdu...

Gizir Cavid Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib...

Mübariz Musayev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Şəhid   Vətən-Müharibəsi  

Ömrün şəhidlik zirvəsi: Bu gün qələbə sevincini bizə yaşadanların ruhu qarşısında baş əyirik

2021/05/95f11-3243349312.jpg
Oxunub: 992     10:10     26 May 2021    

Bizi "telegram"da izləyin