Almaniya “Boxer” zirehli personal daşıyıcısının yeni versiyasını təqdim edib

2021/05/889-1621580419.jpg
Oxunub: 874     19:44     21 May 2021    
Almaniyanın ARTEC konsorsiumu “Boxer” zirehli personal daşıyıcısının yeni versiyasını təqdim edib.

Ordu.az xəbər verir ki, bu versiyada zirehli personal daşıyıcısı Norveçin “Kongsberg” şirkəti tərəfindən istehsal edilən “Protector” RT60 döyüş modulu ilə təchiz edilib.

Uzaqdan idarə edilən “Protector” döyüş modulu “ Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən 30 mm-lik XM813 avtomatik topu, 7,62 mm koaksial pulemyotu və tank əleyhinə idarəolunan raket atıcı qurğusu ilə təchiz edilib. Bundan əlavə, modulun üzərinə 12.7 mm çaplı başqa bir uzaqdan idarə olunan pulemyot quraşdırılıb.

8x8 təkər formuluna malik “Boxer” müxtəlif silahlar daşımağa imkan verən modul dizaynlı çoxməqsədli zirehli personal daşıyıcıdır. Onun əsasında mobil komanda məntəqələri, zirehli tibbi nəqliyyat vasitələri və s. yaradılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ARTEC   Boxer  


Almaniya “Boxer” zirehli personal daşıyıcısının yeni versiyasını təqdim edib

2021/05/889-1621580419.jpg
Oxunub: 875     19:44     21 May 2021    
Almaniyanın ARTEC konsorsiumu “Boxer” zirehli personal daşıyıcısının yeni versiyasını təqdim edib.

Ordu.az xəbər verir ki, bu versiyada zirehli personal daşıyıcısı Norveçin “Kongsberg” şirkəti tərəfindən istehsal edilən “Protector” RT60 döyüş modulu ilə təchiz edilib.

Uzaqdan idarə edilən “Protector” döyüş modulu “ Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən 30 mm-lik XM813 avtomatik topu, 7,62 mm koaksial pulemyotu və tank əleyhinə idarəolunan raket atıcı qurğusu ilə təchiz edilib. Bundan əlavə, modulun üzərinə 12.7 mm çaplı başqa bir uzaqdan idarə olunan pulemyot quraşdırılıb.

8x8 təkər formuluna malik “Boxer” müxtəlif silahlar daşımağa imkan verən modul dizaynlı çoxməqsədli zirehli personal daşıyıcıdır. Onun əsasında mobil komanda məntəqələri, zirehli tibbi nəqliyyat vasitələri və s. yaradılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ARTEC   Boxer  


Bizi "telegram"da izləyin