ABŞ Konqresinin bir neçə üzvü İsrailə 735 milyon dollarlıq silahın satışına qadağa qoyulmasını istəyir

2021/05/hfghf-1621493556.jpg
Oxunub: 878     16:11     20 May 2021    
ABŞ Konqresinin Demokrat partiyasından olan bir neçə millət vəkili İsrailə 735 milyon dollarlıq silah satışı müqaviləsinin icrasına qadağa qoyulmasını təklif edən qanun layihəsi hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Bildirilir ki, İsrail və Fələstin arasındakı mövcud qarşıdurmaya cavab olaraq hazırlanan qanun layihəsinin müəllifləri Aleksandria Okasio-Kortez, Mark Pokan və Raşida Tlaibdir.

Qeyd edək ki, 735 milyon dollarlıq müqaviləyə “Boeing” şirkəti tərəfindən istehsal edilən yüksək dəqiqlikli JDAM sursatlarının tədarükü daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Boeing  


Bizi "telegram"da izləyin