Rusiya Suriyada İrana və ya general Mahir əl-Əsədə məğlub ola bilərmi?

2021/05/23-1621410685.jpg
Oxunub: 828     15:20     19 May 2021    
Təhlükəsizlik aparatı Ərəb dünyasının çağdaş dövlət sistemində siyasi gücün əsas dayağı olmağa davam edir. Suriyanın müharibədən sonrakı görünüşünün necə olmasından asılı olmayaraq, onun mahiyyəti bir gecədə dəyişməyəcək. Bu və ya digər şəkildə Suriyanın hərbi və kəşfiyyat cəmiyyəti müharibədən sonra yüksək statusa sahib olaraq qalacaq.

Rusiya Suriya ilə Ərəb Silahlı Qüvvələrinin və ölkənin gələcəyini formalaşdırmaq üçün İranla, eyni zamanda hakim klanın quldur “şöngünü” (orta əsrlərdə və yeni dövrdə Yaponiyada imperator ailəsinin himayəçiləri – red.) hesab olunan general Maher Əsədlə rəqabət etməli olacaq.

Suriyanın hərbi bipolyarlılığı (iki qütblülük)

Hafiz Əsədin diqqətlə dizayn etdiyi təriqət (sekta) müharibəsi maşını hesab olunan Suriya Ərəb Ordusu (SƏO) son on ildə sistematik olaraq iki əsas hərbi qütbə bölünüb. Birinci qütbdə İranın nüfuzu daha çoxdur. Qərbin strateji icması Suriyadakı sələfi-cihadçı ekstremizmə diqqət ayırarkən, burada başqa bir cihadçılıq növü ortaya çıxdı. İran Qüds Qüvvələrinin vasitəçiliyi ilə Levantda qurulan şiə cihadizmi Livan “Hizbullah”ı və İraq milislərindən tutmuş Əfqanıstan və Pakistandan Fatimiyun və Zeinebiyun briqadalarına qədər geniş ərazidən döyüşçülər cəlb edib. Şiə cihadçılığının təsiri və İranın Suriyadakı milislər üzərindəki təsiri ilə “Baas” rejiminin hərbiləşdirilmiş şəbəkəsi olan Milli Müdafiə Qüvvələri (MMQ) kölgə ordusuna çevrildi. MMQ mövcud işçi qüvvəsi və orta əmək haqqı ilə SƏO-dan üstündür.

İkinci qütb isə Suriyada on illərdir hakim olan rus məktəbdir. Soyuq Müharibə dövründə Misir, İraq və Suriyanın hərbi birlikləri içərisində Sovet doktrinalarına və əməliyyat sənətinə ən çox bənzəyən SƏO idi.

Buna baxmayaraq, bəzi göstəricilər Kremlin bugünkü Suriya ordusu üzərindəki nəzarətinin sərhədlərini vurğulayır. SƏO döyüş qabiliyyətindəki parçalanma və çatışmazlıqlardan əziyyət çəkir. Ruslar mikro idarəedici kimi ən sevdikləri Suriyanın bölmələrinə investisiya qoyub və əməliyyatların inkişaf etmiş konsepsiyalarını mənimsəməyə kömək ediblər.

Məsələn, 2017-ci ilin avqust ayında general Suheil əl-Hassanın rəhbərlik etdiyi o vaxt “Pələng Qüvvələri” adlanan yarımhərbi birləşmələr (hazırda 25-ci diviziya) Deyr əz-Zorun təqribən 120 kilometr qərbində havadan əməliyyat keçirirdi. Hücum rusiyalı hərbi məsləhətçilər tərəfindən planlaşdırılan və Rusiyanın Ka-52 helikopterləri tərəfindən dəstəklənirdi. “Pələng Qüvvələri” havadakı blitskriq kimi bir sıra inkişaf etmiş əməliyyat qabiliyyətinə sahib olsa da, Rusiya bu imkanları bütün Suriya Silahlı Qüvvələrinə tətbiq etməkdə çətinlik çəkdi. Məsələn, 1990-cı illərdəki Serblərdən fərqli olaraq, Suriyanın Hava Hücumundan Müdafiə bölmələri “atəş aç və yerini dəyiş” konsepsiyalarını (artilleriyanın hədəfə atəş açmaq və dərhal batareyaya qarşı atəşin qarşısını almaq üçün hərəkət etmək taktikası) və mobil “Pantsir” sistemlərinin istismar edilməsi üçün radar idarəetməsini mənimsəyə bilmədi. Bu çatışmazlıq istər-istəməz İsrail və Türkiyənin PUA hücumlarının qarşısını ala bilmədi və böyük sayda itkiyə səbəb oldu.

Livan “Hizbullah”ı və İran Qüds Qüvvələri tərəfindən qurulan milis birləşmələri demək olar ki, müstəqil qurum kimi davranırlar. Bəzi rusiyalı mütəxəssislər bütün döyüşçüləri unitar nəzarət altına almaq üçün Suriya Ərəb Ordusunun korpuslarını dirçəltməyi və onları Rusiyanın hərbi dairələrinə bənzəyən “ərazi komandanlığına” çevirməyi təklif etdilər. İndiyə qədər Moskva bu istəkli dəyişikliyi həyata keçirməyib.

Xmeymim bazasının ətrafında “Suriya təhlükəsizlik kəməri”nin olmaması, Rusiya qüvvələrinin Suriyanın bütün müdafiə aparatı üzərində nəzarəti qurmaqda uğursuzluğunu göstərən ən açıq dəlildir. Baza perimetri boyunca rus nəzarət məntəqələri ilə dəstəklənən kənar bölgə ilə əhatə olunub. Bəzi ekspertlər rejimi dəstəkləyən milislərin Rusiya kontingentinə qarşı yalançı bayraq hücumlarına cəhd göstərdiklərini iddia edirlər.

Rusiya Mahir əl-Əsədə qarşı: Suriyanın dördüncü zirehli diviziyası

Mahir əl-Əsəd Kremlin təhlükəsizlik sektorunda islahat planlarını pozan əsas aktorlardan biri hesab olunur. Suriya prezidenti Bəşər Əsədin kiçik qardaşı olan Mahir əsasən Əsəd klanının gəldiyi Ələvi məzhəbi tərəfindən idarə olunan xüsusi “Praetorian” adlı 4-cü zirehli diviziyasına komandanlıq edir. Rusların qiymətləndirmələrinə görə, Mahir “Bəəs” rejiminin nomenklaturasında Bəşər haqqında fikirlər səsləndirə bilən yeganə şəxsdir. Hələ 2016-cı ildə, sensasiyalı olaraq general Mahir əl-Əsədin Şamda Tehranın dəstəklədiyi bir çevrilişə hazırlaşdığı iddiaları ortaya çıxdı. Rusiya dairələri onu açıq şəkildə “Suriya rəhbərliyində İranın maraqlarını təmin edən şəxs” kimi göstərir.

Rusiya Mahir Əsədlə maddi cəhətdən gəlirli hesab olunan nəzarət məntəqələri barədə bir neçə dəfə qarşıdurma yaşayıb. Suriya İnsan Haqları Müşahidəçisinin məlumatlarına görə, Rusiya 4-cü zirehli diviziya ilə əlaqəli bütün silahlı qrupların Suriya daxilindəki nəzarət məntəqələrindən çəkilməsini əmr edib. Mahir bu tələbləri yerinə yetirmədi və adamlarına nəzarət məntəqələrində həmişəki kimi qalmasını əmr etdi.

Sezar aktı adlanan sənədlə sanksiyalara məruz qalan Mahir Əsəd və onun rəhbərlik etdiyi 4-cü zirehli diviziya Suriyanın müharibə iqtisadiyyatının əhəmiyyətli bir hissəsinə, qaçaqmalçılıq şəbəkələrinə, milislərə, nəzarət məntəqələrinə və karvan təhlükəsizliyinə nəzarət edir. General Qassan Bilalın rəhbərlik etdiyi 4-cü zirehli diviziyanın təhlükəsizlik bürosu qapalı siyasi, işgüzar və hərbiləşdirilmiş dairələrə nəzarət edir. Bölmənin paytaxt Dəməşqdə qarnizon qərargahı olmasına baxmayaraq, təhlükəsizlik bürosu Tartus və Latakiya limanlarına nəzarət etmək üçün Hələb, Masyaf və Homs kimi böyük əhali mərkəzlərində şöbələr qurub. Bilal 1980-ci illərin sonunda hərbi akademiyada birlikdə olduqları günlərdən etibarən Mahir Əsədlə silahdaşdır. Hafiz Əsədin 1994-cü ildə vəfat etmiş sevimli böyük oğlu Bazel Əsəd tərəfindən təlim almışdılar. Ruslar 2019-cu ildə Bilalı istefaya göndərmək istəyirdi, Mahir bunun qarşısını aldı.

Ümumiyyətlə, 4-cü zirehli diviziya manevr birliyi deyil. “Bəəs” rejiminin siyasi-hərbi xüsusiyyətlərinə əsaslanaraq, bu, Mahir Əsədin ölkədəki hərbi qüdrəti üzərindəki hökmranlığının mütəşəkkil təzahürüdür. Moskvanın SƏO uğrunda mərkəzləşdirilmiş, müntəzəm doktrinal bir döyüş qaydası qurmağı, maqnatlara və qara bazar işləri ilə üzvi əlaqəsi olmayan “normal” silahlı qüvvələr təşkil etməsi planları Mahirin imtiyazlı güc mövqeyini cilovlaya bilər, buna görə Mahir bunun qarşısını alır.

Rusiya Suriyadakı strateji maraqlarını yalnız Şamın hakimiyyət inhisarını təmin etməklə qoruya bilər. Bu vaxt İranın əlverişli vəziyyəti Suriya təhlükəsizlik aparatının “Livanlaşdırılması”na doğru gedir. Bu baxımdan Qüds Qüvvələri, Milli Müdafiə Qüvvələrinin heç vaxt rəsmi olaraq SƏO-ya inteqrasiya olunmayacağını deyə bilərik. Onsuz da yerində olan parçalanmanın institusionalizasiyası qalıcı hərbi ikitirəliyə səbəb olacaq. Qısaca, müharibədən sonra Suriya hərbi dairələrində üstünlük qazanan ya Moskva, ya da Tehrandır.

Mahir Əsəd, şübhəsiz ki, İran ilə ideoloji cəhətdən əlaqəli deyil, ancaq özünü Moskva tərəfindən formalaşdırılan yox, Tehranın “livanlaşdırılmış” Suriyasında görür.

Bundan sonra iki ssenarinin izlənəcəyini gözləmək olar. Birincisi, yenidənqurma dövründə Qərb, İsrail, Türkiyə, Səudiyyə və Əmirlik bloku İranın hökmranlığına qarşı Rusiya ilə tərəf tuta bilər, çünki ikincisi Yaxın Şərqə potensial bir fəlakət gətirəcək, birincisi isə daha kiçik şərə bərabər ola bilər.

İkinci ssenaridə isə İran modeli müharibə şəraitində olan ölkədə xaos və güc boşluğu arasında qalib gələ bilər. Belə bir ssenaridə İran müdaxiləçi siyasi nizamını tədricən quracaq. Nəhayət, Rifaat Əsədin 1984-cü ildə qardaşı Hafizə qarşı çevriliş cəhdinə bənzəyən qardaşların mübahisələrinin yenidən canlandığının şahidi ola bilərik. Bu, Mahirin nə qədər rusların və ya Bəşərin yanında olduğunu hiss etməsindən və rusların ona nə dərəcədə dözəcəklərindən asılı olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Rusiya Suriyada İrana və ya general Mahir əl-Əsədə məğlub ola bilərmi?

2021/05/23-1621410685.jpg
Oxunub: 829     15:20     19 May 2021    

Bizi "telegram"da izləyin