Macarıstan “Lynx” zirehli maşınları üçün aktiv qoruma sistemləri alır

2021/05/rew_1-1621407808.jpg
Oxunub: 778     16:48     19 May 2021    
Macarıstan “Lynx” piyadaların döyüş maşınları (PDM) üçün Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən istehsal edilən “StrikeShield” adlı aktiv qoruma sistemləri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Rheinmetall” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 209 ədəd “Lynx” PDM-ləri üçün aktiv qoruma sistemləri alınacaq. Tərəflər arasında imzalanan müqavilənin ümumi dəyəri 140 milyon avrodur.

“StrikeShield” şirkətin üçüncü və son nəsil aktiv qoruma texnologiyasıdır. Sistem sensorları sayəsində qarşıdan gələn təhdidləri sürətli aşkarlaya və qarşısını ala bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Lynx  


Macarıstan “Lynx” zirehli maşınları üçün aktiv qoruma sistemləri alır

2021/05/rew_1-1621407808.jpg
Oxunub: 779     16:48     19 May 2021    
Macarıstan “Lynx” piyadaların döyüş maşınları (PDM) üçün Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən istehsal edilən “StrikeShield” adlı aktiv qoruma sistemləri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Rheinmetall” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 209 ədəd “Lynx” PDM-ləri üçün aktiv qoruma sistemləri alınacaq. Tərəflər arasında imzalanan müqavilənin ümumi dəyəri 140 milyon avrodur.

“StrikeShield” şirkətin üçüncü və son nəsil aktiv qoruma texnologiyasıdır. Sistem sensorları sayəsində qarşıdan gələn təhdidləri sürətli aşkarlaya və qarşısını ala bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Lynx  


Bizi "telegram"da izləyin