ABŞ Kanadaya 1,7 milyard dollarlıq “Aegis” raketdən müdafiə sisteminin satışına icazə verib

2021/05/48848-1621154283.jpg
Oxunub: 1511     16:13     17 May 2021    
ABŞ Dövlət Departamenti NATO üzvü və müttəfiqi Kanadaya “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən “Aegis” raketdən müdafiə sisteminin satılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞMüdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Agentlik 1.7 milyard dollara qədər dəyərində olan müqavilə barədə Konqresə məlumat verib. Müqavilənin icra olunması üçün Konqes razılıq verməlidir.

Müqaviləyə dörd ədəd raketdən müdafiə sistemi, AN/SPY-7 radarları və digər avadanlıqlar daxildir.

Kanadaya tədarük ediləcək sistemlər döyüş gəmilərində istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kanada   AN/SPY-7   NATO   Aegis  


Bizi "telegram"da izləyin