BMT Təhlükəsizlik Şurasının İsrail və Fələstinlə bağlı iclası bazar günü keçiriləcək

2021/05/654jh-1620966013.jpg
Oxunub: 1283     07:50     14 May 2021    
“BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin ətrafındakı vəziyyəti müzakirə etmək üçün bazar günü toplanacaq”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild “Twitter” səhifəsində yazıb.

"BMT Təhlükəsizlik Şurası İsrail və Qəzzadakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq. ABŞ gərginliyi azaltmağa çalışaraq ən yüksək səviyyədə diplomatik fəaliyyətini davam etdirəcək”, - deyə Qrinfild bildirib.

Qeyd edək ki, bundan əvvəl, sözügedən məsələ ilə bağlı Çin, Norveç və Tunis BMT Təhlükəsizlik Şurasının cümə günü açıq toplantısını tələb etmişdi, lakin ABŞ tərəflərlə diplomatik təmasların davam etməsi şəraitində görüşün gələn həftənin əvvəlinə qədər təxirə salınmasını istəmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   İsrail   Fələstin  

BMT Təhlükəsizlik Şurasının İsrail və Fələstinlə bağlı iclası bazar günü keçiriləcək

2021/05/654jh-1620966013.jpg
Oxunub: 1284     07:50     14 May 2021    