Prezidentlə xanımı Şuşaya gedir - VİDEO

2020/11/b9731-1604829048.jpg
Oxunub: 2658     11:15     12 May 2021    
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşaya səfərə gedir.

Ordu.az xəbər verir ki, bu barədə Mehriban Əliyeva rəsmi instaqram hesabında paylaşım edib: “Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram”.

Dövlət başçısı sözügedən görüntülərdə bildirib ki, onlar yolüstü Xocavənddə çay içiblər: "Təbiətin qoynunda, armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi də Xocavənddə çay içirik. Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaq".



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Şuşa  


Prezidentlə xanımı Şuşaya gedir - VİDEO

2020/11/b9731-1604829048.jpg
Oxunub: 2659     11:15     12 May 2021    
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşaya səfərə gedir.

Ordu.az xəbər verir ki, bu barədə Mehriban Əliyeva rəsmi instaqram hesabında paylaşım edib: “Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram”.

Dövlət başçısı sözügedən görüntülərdə bildirib ki, onlar yolüstü Xocavənddə çay içiblər: "Təbiətin qoynunda, armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi də Xocavənddə çay içirik. Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaq".



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Şuşa  


Bizi "telegram"da izləyin