“Azərbaycan 10 noyabr bəyanatının öhdəliklərinə tam əməl edir” - XİN rəhbəri

2020/11/f15ee-1606292854.jpg
Oxunub: 1807     13:10     11 May 2021    
Azərbaycan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın öhdəliklərinə tam əməl edir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bugünkü əsas müzakirələrdən biri üçtərəfli müqavilənin həyata keçirilməsi ilə bağlı olub. Onun sözlərinə görə, Azərbaycan tərəfi hesab edir ki, müqavilə regionun inkişafına kifayət qədər şərait yaradır və yeni reallıqların ortaya çıxmasına xidmət edir:

“Buna nümunə olaraq Azərbaycan tərəfinin Qarabağa humanitar yardımların aparılmasına şərait yaratmasını qeyd etmək olar. Üçtərəfli müqaviləyə əsasən, müharibədə ölən erməni hərbçilərin meyitlərinin axtarışlarına qış şəraitində Azərbaycan tərəfindən əsgərlər də iştirak edib. Ölənlərin tapılmasında Azərbaycan köməyini əsirgəməyib. Müqavilə bağlanandan dərhal sonra Azərbaycan öz öhdəliklərini yerinə yetirib, Azərbaycan ərazisindən keçən təhlükəsiz marşrut təmin edilib".

C.Bayramov onu qeyd edib ki, rəsmi Bakı Rusiyanın üçtərəfli müqavilənin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   XİN  


“Azərbaycan 10 noyabr bəyanatının öhdəliklərinə tam əməl edir” - XİN rəhbəri

2020/11/f15ee-1606292854.jpg
Oxunub: 1808     13:10     11 May 2021    
Azərbaycan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın öhdəliklərinə tam əməl edir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bugünkü əsas müzakirələrdən biri üçtərəfli müqavilənin həyata keçirilməsi ilə bağlı olub. Onun sözlərinə görə, Azərbaycan tərəfi hesab edir ki, müqavilə regionun inkişafına kifayət qədər şərait yaradır və yeni reallıqların ortaya çıxmasına xidmət edir:

“Buna nümunə olaraq Azərbaycan tərəfinin Qarabağa humanitar yardımların aparılmasına şərait yaratmasını qeyd etmək olar. Üçtərəfli müqaviləyə əsasən, müharibədə ölən erməni hərbçilərin meyitlərinin axtarışlarına qış şəraitində Azərbaycan tərəfindən əsgərlər də iştirak edib. Ölənlərin tapılmasında Azərbaycan köməyini əsirgəməyib. Müqavilə bağlanandan dərhal sonra Azərbaycan öz öhdəliklərini yerinə yetirib, Azərbaycan ərazisindən keçən təhlükəsiz marşrut təmin edilib".

C.Bayramov onu qeyd edib ki, rəsmi Bakı Rusiyanın üçtərəfli müqavilənin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   XİN  


Bizi "telegram"da izləyin