Baydenin Azərbaycana hərbi yardım göstərmək qərarı və Ermənistanda yaranan təşviş

2019/10/23-1570861104.jpg
Oxunub: 9004     16:00     08 May 2021    
Bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden “Azadlığa Dəstək Aktının” 907 saylı qətnaməsinin təxirə salınmasına və növbəti büdcə ilində Azərbaycana birbaşa hərbi yardım verilməsinə qərar verib.

907 saylı qətnamə 1992-ci ildə ABŞ Konqresi tərəfindən Ermənistanın guya Azərbaycan tərəfindən mühasirəyə alınmasına görə qəbul edilib və Azərbaycana yalnız humanitar yardım göstərilməsini nəzərdə tutur. Dəyişikliyə görə, ABŞ-ın Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilirdi.

Lakin bununla yanaşı, 2002-ci ildə Konqres 907-ci bölmədə dəyişiklik etməklə, Prezidentə aktın dayandırılması və Azərbaycana hərbi yardım edilməsi səlahiyyətini verib. Bunu da ABŞ Prezidenti hər il həyata keçirir.

Əfqanıstana yüklərin Azərbaycan ərazisindən keçməsinə Bakının razılığını almaq üçün, 2001-ci ilin oktyabrında ABŞ Konqresi, 907 saylı Qərarda dəyişiklik edərək Prezidentə aktın dayandırılması və Azərbaycana hərbi yardım edilməsi səlahiyyətini verib. Ancaq, bu hərbi yardımın Ermənistanla Azərbaycan arasındakı sülhü pozmaması və ya mane olmaması və Ermənistana qarşı hücum məqsədləri ilə istifadə edilməməsi şərti irəli sürülüb.

Aşağıdakı əsas layihələr çərçivəsində Azərbaycana hərbi yardım göstərilib:

- Keçmiş Sovet İttifaqının kütləvi qırğın silahlarının və müvafiq infrastrukturunun məhv edilməsi;

- Xüsusilə terrorla mübarizə əməliyyatları, narkotiklərin dövriyyəsinin qarşısının alınması, mütəşəkkil cinayətkarlıqla mübarizə, su və quru sərhədlərinin təhlükəsizliyi, hərbi kəşfiyyat əməliyyatları sahəsində tərəfdaşların potensialının artırılması;

- ABŞ-dan hərbi xidmətlər və ya malların satın alınması;

- Terrorizm əleyhinə, minalardan təmizləmə ilə və bununla əlaqəli layihələr.

Son 20 ildə ABŞ-ın Ermənistan və Azərbaycana verdiyi yardımara baxaq. 2000-2020-ci illər ərzində ABŞ Ermənistana təxminən 212 milyon dollar, Azərbaycana isə 419 milyon dollar yardım edib. Bu zaman, ABŞ-ın keçmiş prezidenti Donald Tramp (2017-2021) dövründə göstərilən yardımların həcmindəki fərq xeyli artıb. Belə ki, Ermənistan 16,1 milyon dollar, Azərbaycan isə 105 milyon dollar yardım alıb.

Bir çox cəhətdən misli görünməmiş hal olan Vətən Müharibəsi bölgəmizin dünyadakı regional çağırışları haqqında düşüncəsini əhəmiyyətli dərəcədə dəyişdirdi. İrəvanda isə bu vəziyyəti nəzərə alaraq ABŞ Prezidenti Co Baydenin sələflərinin iş tərzini davam etdirməsi olduqca narahatlıq və təşviş yaradır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Azərbaycan  

Baydenin Azərbaycana hərbi yardım göstərmək qərarı və Ermənistanda yaranan təşviş

2019/10/23-1570861104.jpg
Oxunub: 9005     16:00     08 May 2021    