Ermənistan MTX-nin keçmiş rəsmisi: “Sabah silah götürəcəyimizi və hakimiyyət dəyişikliyinə gedəcəyimizi deyə bilmərəm”

2021/05/miqay-1620454682.jpg
Oxunub: 638     10:22     08 May 2021    
“Biz də bu gerçəklikdə yaşayırıq, hər şeyi görürük və hər şeyin içindən keçirik. Vicdanım mənə əzab verir, səbəb bu olub ki, mən fəxr etdiyim, buraxdığım 22 illik işimdən istefa vermişəm və çıxmışam”.

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Ermənistanın “Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan zabitlərinin birliyi” ictimai təşkilatının üzvü, Ermənistan MTX-nin direktoru vəzifəsinin keçmiş əvəzedicisi Mikayel Hambardzumyan yaranmış vəziyyət haqqında danışarkən bildirib.

“Mən indi sabah silah götürəcəyimizi və hakimiyyət dəyişikliyinə gedəcəyimizi deyə bilmərəm. Deyə bilmərəm və hüququm yoxdur”, - deyə o qeyd edib.

Bir neçə gün əvvəl məlumatlar yayılıb ki, Kazandan Ermənistana uçan bortda Nikol Paşinyanı müşayiət edən təyyarə Türkiyə sərhədində bir neçə saatlıq yoxa çıxıb. Hambardzumyan bu məlumatları şərh edərək təsdiq edib ki, bu hadisə ilə bağlı daxili məlumata sahib deyil: “Yalnız bu şəkildə qiymətləndirə bilərəm ki, bənzər şey olubsa, səbəb texniki ola bilər, bunu normal hesab edirəm”.

Mikayel Hambardzumyan deyib ki, sentyabrın 30-da keçirilən iclasda iştirak etməyib.

“30 sentyabr iclasında rəsmi olaraq iştirak edə bilməzdim və iştirak etməmişəm, 19 oktyabr iclasında isə ölkədə hökm sürən vəziyyət bütün təfərrüatı ilə təqdim olunub və təsdiq edirəm ki, bu, həqiqətən də olan vəziyyət olub”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-MTX   Böhran  


Ermənistan MTX-nin keçmiş rəsmisi: “Sabah silah götürəcəyimizi və hakimiyyət dəyişikliyinə gedəcəyimizi deyə bilmərəm”

2021/05/miqay-1620454682.jpg
Oxunub: 639     10:22     08 May 2021    
“Biz də bu gerçəklikdə yaşayırıq, hər şeyi görürük və hər şeyin içindən keçirik. Vicdanım mənə əzab verir, səbəb bu olub ki, mən fəxr etdiyim, buraxdığım 22 illik işimdən istefa vermişəm və çıxmışam”.

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Ermənistanın “Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan zabitlərinin birliyi” ictimai təşkilatının üzvü, Ermənistan MTX-nin direktoru vəzifəsinin keçmiş əvəzedicisi Mikayel Hambardzumyan yaranmış vəziyyət haqqında danışarkən bildirib.

“Mən indi sabah silah götürəcəyimizi və hakimiyyət dəyişikliyinə gedəcəyimizi deyə bilmərəm. Deyə bilmərəm və hüququm yoxdur”, - deyə o qeyd edib.

Bir neçə gün əvvəl məlumatlar yayılıb ki, Kazandan Ermənistana uçan bortda Nikol Paşinyanı müşayiət edən təyyarə Türkiyə sərhədində bir neçə saatlıq yoxa çıxıb. Hambardzumyan bu məlumatları şərh edərək təsdiq edib ki, bu hadisə ilə bağlı daxili məlumata sahib deyil: “Yalnız bu şəkildə qiymətləndirə bilərəm ki, bənzər şey olubsa, səbəb texniki ola bilər, bunu normal hesab edirəm”.

Mikayel Hambardzumyan deyib ki, sentyabrın 30-da keçirilən iclasda iştirak etməyib.

“30 sentyabr iclasında rəsmi olaraq iştirak edə bilməzdim və iştirak etməmişəm, 19 oktyabr iclasında isə ölkədə hökm sürən vəziyyət bütün təfərrüatı ilə təqdim olunub və təsdiq edirəm ki, bu, həqiqətən də olan vəziyyət olub”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-MTX   Böhran  


Bizi "telegram"da izləyin