Türkiyə 100 kilometr mənzilə malik HHM sistemi istehsal etməyə başlayır

2021/05/8354f-1620195835.jpg
Oxunub: 1268     10:45     08 May 2021    
Türkiyə 100 kilomter mənzilə malik Hava Hücumundan Müdafiə (HHM) sistemi istehsal etməyə başlayır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demir məlumat verib.

O, müsahibə zamanı Türkiyənin istehsal etdiyi və edəcəyi HHM sistemləri barədə məlumat verib.

Demir xatırladıb ki, Türkiyənin 3 il əvvəl yerli HHM sistemi yox idi. Ancaq ötən il həm çiyindən, həm də vasitədən atılan 8 kilometr mənzilə malik “Sungur” sistemləri istifadəyə verilib. Daha sonra “Hisar-A +” adlı sistemin hündürlüyü və mənzili artırılaraq aktivləşdirilib.

“Bu yaxınlarda bu sistemin avtonom konfiqurasiyasını sınaqdan keçirdik. Beləliklə, sistem insanın müdaxiləsi olmadan gələn təhlükəni görür, hərəkətə keçirir və vurur, bu vacib bir qabiliyyətdir”, - deyə o bildirib.

Demir qeyd edib ki, Türkiyə “Siper” adlı uzun mənzilli HHM sistemindən əvvəl 100 kilometr mənzilə malik başqa HHM üzərində işlər gedir.

ASELSAN şirkəti tərəfindən istehsal edilən “Siper” milli HHM sistemi layihəsi çərçivəsində prototip istehsal fəaliyyətlərinə başlanılıb. İstehsal olunan sistemlər 2021-ci ildə sınaqdan keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM  


Türkiyə 100 kilometr mənzilə malik HHM sistemi istehsal etməyə başlayır

2021/05/8354f-1620195835.jpg
Oxunub: 1269     10:45     08 May 2021    
Türkiyə 100 kilomter mənzilə malik Hava Hücumundan Müdafiə (HHM) sistemi istehsal etməyə başlayır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demir məlumat verib.

O, müsahibə zamanı Türkiyənin istehsal etdiyi və edəcəyi HHM sistemləri barədə məlumat verib.

Demir xatırladıb ki, Türkiyənin 3 il əvvəl yerli HHM sistemi yox idi. Ancaq ötən il həm çiyindən, həm də vasitədən atılan 8 kilometr mənzilə malik “Sungur” sistemləri istifadəyə verilib. Daha sonra “Hisar-A +” adlı sistemin hündürlüyü və mənzili artırılaraq aktivləşdirilib.

“Bu yaxınlarda bu sistemin avtonom konfiqurasiyasını sınaqdan keçirdik. Beləliklə, sistem insanın müdaxiləsi olmadan gələn təhlükəni görür, hərəkətə keçirir və vurur, bu vacib bir qabiliyyətdir”, - deyə o bildirib.

Demir qeyd edib ki, Türkiyə “Siper” adlı uzun mənzilli HHM sistemindən əvvəl 100 kilometr mənzilə malik başqa HHM üzərində işlər gedir.

ASELSAN şirkəti tərəfindən istehsal edilən “Siper” milli HHM sistemi layihəsi çərçivəsində prototip istehsal fəaliyyətlərinə başlanılıb. İstehsal olunan sistemlər 2021-ci ildə sınaqdan keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM  


Bizi "telegram"da izləyin