Şəhid ailələri və qazilər vaksinasiya olundu - FOTOLAR

2021/05/56565-4861236372.jpg
Oxunub: 836     22:27     07 May 2021    
Mayın 7-də “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Baş ofisində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə dünyanı bürüyən COVID-19 koronavirus infeksiyasından qorunmaq məqsədi ilə Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə ictimai dəstək olmaq məqsədi ilə Birliyin üzvü olan bir çox şəhid ailəsi və qazilər vaksinasiya edilib.

Ordu.az xəbər verir ki, İctimai Birliyin sədri Zamin Zeynalov jurnalistlərə müsahibəsində bildirib ki, təşkilatların TƏBİB-lə birgə belə tibbi əhəmiyyətli təşəbbüsü həyata keçirməkdə əsas məqsəd dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin COVID-19-la mübarizə sahəsində həyata keçirdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq belə bir zamanda İctimai təşəbbüs göstərilməsini vacib hesab edərək vətəndaş cəmiyyətinə töhfə verməkdir.

İcraçı direktor qeyd edib ki, İctimai Birliyin peşəkar idarə heyəti bütün fəaliyyət istiqamətlərində fədakar çalışaraq daim şəhid ailələri və qazilərə maddi və mənəvi dəstək olmaqla yanaşı onların sağlamlığını da ən yüksək səviyyədə düşünürlər.

TƏBİB-in rəsmisi Elnarə Baxış isə deyib ki, vaksinasiya prosesi başlayandan peyvənd edilmiş həmin şəxslərin səhhətində dəyişiklik müşahidə olunmayıb. Vaksinasiya prosesi könüllü şəkildə həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Şəhid ailələri və qazilər vaksinasiya olundu - FOTOLAR

2021/05/56565-4861236372.jpg
Oxunub: 837     22:27     07 May 2021    

Bizi "telegram"da izləyin