Türkiyənin Samtsxe-Cavaxetidə hərbi bazası qurulacaq?

2021/02/16131-1613198044.jpg
Oxunub: 2608     16:57     07 May 2021    
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bir günlük rəsmi səfərlə Azərbaycana gəldi. Onu Bakı hava limanında Azərbaycan Baş nazirinin müavini qarşılamışdı. Qaribaşvilinin ilk görüşü Prezident İlham Əliyevlə baş tutdu. O, Prezident İlham Əliyevi özünə uyğun istənilən vaxt Tbilisiyə səfərə dəvət etdi və Gürcüstanın Azərbaycanla ikitərəfli münasibətləri daha da gücləndirəcək ortaq layihələrə davam edəcəyini bildirdi.

Azərbaycan Prezidenti iki ölkənin ortaq enerji və nəqliyyat layihələrini həyata keçirmək üçün yaxşı bir tarixə sahib olduğunu bildirdi.

“Bu layihələr, bölgənin siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdirdilər. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələri həyata keçirmək mümkün olmazdı”, - deyə bildirən Azərbaycan lideri Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə dəstək verdiyi üçün Gürcüstan hökumətinə təşəkkür edib.

Gürcüstan nümayəndə heyətininin tərkibində Xarici İşlər naziri David Zalkaliani də olub. O, “Twitter”də azərbaycanlı həmkarı Ceyhun Bayramovla regional təhlükəsizlik, Gürcüstan-Azərbaycan strateji əməkdaşlığı və gələcək əməkdaşlıq perspektivləri kimi bir sıra vacib məsələləri müzakirə etmək üçün görüşmək fürsəti olduğunu yazıb.

Gürcüstan və Azərbaycan arasında sıx ticarət və iqtisadi əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan təbii qaz tədarükçüsü və Gürcüstanın vacib potensial investorlarından biridir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycandan Gürcüstana 460 milyon dollar dəyərindən çox mal ixrac edilib.

Gürcüstan-Azərbaycan münasibətlərindəki ən aktual məsələ, məlum olduğu kimi, Keşikçidağ monastır kompleksi ərazisinin sərhədlərinin müəyyənləşdirilməsidir. İki ölkə sərhədindəki bu monastır kompleksinin ərazisinin bir hissəsi, eyni zamanda ibadətgahlar Azərbaycan ərazisində yerləşir. Bu yaxınlarda Gürcüstanda dövlət sərhədinin hansı illərə aid olan xəritələrlə təyin olunduğu məsələsi müzakirə mövzusuna çevrilib. Bu versiyanın tərəfdarları keçmiş prezident Saakaşvili dövründə Gürcüstan tərəfinin Azərbaycana güzəştlər etdiyini iddia edirlər.

İrəvanda Türkiyə Azərbaycanın Gürcüstana diqqəti çox narahatedici olaraq qəbul edilir.

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə Gürcüstana səfər edəcəyi ilə bağlı məlumat yayılıb. Səfər tarixləri hələlik məlum deyil. Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Cerən Yazqan Gürcüstanın “Birinici Kanal” televiziyasına müsahibəsində deyib.

Diplomat Ərdoğanın Gürcüstana səfərinin hələ 2018-ci ildə planlaşdırıldığını qeyd edib. Türkiyə tərəfi hazırda Türkiyə prezidentinin Gürcüstana səfər tarixi ilə bağlı Gürcüstan hökuməti ilə razılaşdırma mərhələsindədir.

Yazqan məsələyə aydınlıq gətirərkən belə deyib: “Gürcüstanın keçmiş Baş naziri Qaxariya 2018-ci ildə Türkiyəyə gələndə danışıqlar zamanı Türkiyədə yüksək səviyyəli bir strateji şura iclasının keçirilməsinə, Türkiyə və Gürcüstan hökumət üzvlərinin iştirak etməsinə, bundan sonra yaz aylarında Prezident Ərdoğanın Gürcüstana səfər etməsinə dair razılıq əldə olunmuşdu. Ancaq epidemiya başladı, hər şey bağlandı. İndi səfər tarixi barədə razılığa gəlməyə çalışırıq, Gürcüstan hökumətini, onların tarix cədvəlini gözləyirik. Bu görüşün nə vaxt olacağını hələ bilmirəm, ancaq ölkələrim arasındakı strateji tərəfdaşlığın davam etdiyi üçün ölkəmin prezidenti ən qısa müddətdə Gürcüstana gələrsə, bu mənim üçün böyük şərəf olacaq. Ərdoğan media nümayəndələri ilə görüşdə Gürcüstana səfər edəcəyini bildirmişdi, amma əvvəlcə səfər tarixi barədə razılaşmaq lazımdır. Ümid edirəm yaxın gələcəkdə bu səfər mümkün olacaq”.

Son zamanlarda Ermənistan Prezidenti Armen Sarkisyanın Tiflisə səfəri baş tutdu. Xüsusən indi Türkiyə Prezidentinin gözlənilən səfəri fonunda, bir mövzu ətrafında gedən müzakirələrin nə kimi əsasının olduğunu anlamaq vacibdir.

Bu, Gürcüstanda türk hərbi bazasının yaradılması barədə yayılan xəbərlərlə bağlıdır. Bu yaxınlarda Gürcüstanda türk hərbi bazasının inşası ilə bağlı məlumatlar erməni mətbuatında aktiv şəkildə müzakirə edilirdi. Bu müzakirələrə görə, Türkiyə Samtsxe-Cavaxetidə istifadə edilə biləcək aviabaza qurmağa hazırlaşır.

Samtsxe-Cavaxetidə və Marneulidə inşa ediləcək Türk hərbi bazaları barədə məlumatlar 2020-ci ilin payızında əvvəlcə əsasən Rusiya mediasına istinad edilərək, müharibədən əvvəl və müharibə zamanı yenidən yayılıb.

Bununla bağlı rəsmi bir məlumat yoxdur, ancaq belə bir şeyin ola bilməyəcəyinə dair rəsmi bir inkar da yoxdur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Samtsxe   Ermənistan   Böhran   Azərbaycan   Gürcüstan  

Türkiyənin Samtsxe-Cavaxetidə hərbi bazası qurulacaq?

2021/02/16131-1613198044.jpg
Oxunub: 2609     16:57     07 May 2021    

Bizi "telegram"da izləyin