Hadrutda məhv edilən erməni hərbçinin anası: "Bu qədər uşağı aparıb qırdılar"

2021/01/00-77-1611472059.jpg
Oxunub: 5617     15:13     07 May 2021    
Erməni hərbi qulluqçu Şirak Qasparyan Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Hadruta aparılmış, mühasirəyə düşmüş və məhv edilmiş 72 erməni hərbi qulluqçudan biridir.

Anası Anahit Vardapetyan bildirib ki, oktyabr ayından yanvar ayına qədər təxminən 4 ay ərzində itkin düşmüş oğlunu axtarıb.

“4 ay morqlarda gəzmişəm. Bəzən içəri daxil olmağıma icazə vermirdilər. Mən artıq qaranlıqdan da, ətrafdan da qorxuram. Səhər də yerim qəbiristanlıqdadır, axşam da. Nə etdilər? Bu qədər uşağı aparıb qırdılar”, - deyə Anahit Vardapetyan qeyd edib.

O, oğlunun öldüyünü yanvarın 10-da bilib. Müstəntiq zəng edib, DNT üst-üstə düşməsinin olduğunu deyib.

“Ona-buna zəng etmişik, deyiblər ki, mühasirədədir, çıxaracağıq. Və çıxarmayıblar. Yoldaşlarını əsir aparıblar. O ölüb. Başından bir atəş olub, kəllə-beyin sınığı olub. Heç bir başqa xəsarəti olmayıb. Bədəni tam olub”, - deyə erməni hərbi qulluqçunun anası vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hadrut   Vardapetyan   Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Hadrutda məhv edilən erməni hərbçinin anası: "Bu qədər uşağı aparıb qırdılar"

2021/01/00-77-1611472059.jpg
Oxunub: 5618     15:13     07 May 2021    