Vətən müharibəsinin şəhidi Lerikdə dəfn edilib - YENİLƏNİB

2021/05/3633-1620378079.jpg
Oxunub: 2469     13:17     07 May 2021    
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu - kapitan Əbülfəz Rəhmətov dəfn edilib.

Ordu.az xəbər verir ki, şəhid Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə rəsmi şəxslər, hərbçilər, şəhid yaxınları və rayon sakinləri iştirakı ediblər.

****
Lerikdə şəhid kapitan Əbülfəz Rəhmətovla vida mərasimi başlayıb.

Ordu.az xəbər verir ki, Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib. Bu gün şəhidin nəşi böyüyüb boya-başa çatdığı Lerik rayonunun Anbu kəndinə gətirilib. Şəhidlə vida mərasimində yaxınları, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

Qeyd edək ki, Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanımızın nəşi Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Ordumuzun hərbi qulluqçusunun şəhid olduğu dünən məlum olub. Ə.Rəhmətovun iki övladı var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Vətən müharibəsinin şəhidi Lerikdə dəfn edilib - YENİLƏNİB

2021/05/3633-1620378079.jpg
Oxunub: 2470     13:17     07 May 2021    

Bizi "telegram"da izləyin