Putin və Ərdoğan Lavrovun səfərindən əvvəl nəyi razılaşdırıblar?

2021/03/erdog-1615382522.jpg
Oxunub: 1074     11:57     07 May 2021    
“Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvana gəldiyi gün ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar, bəyanatda üç erməni əsirin sərbəst buraxılmasını alqışlayıblar və qalan məsələlər üzrə yüksək səviyyəli danışıqları davam etdirməyi təklif ediblər”.

Ordu.az xəbər verir ki, bu barədə “Lragir” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Lakin Lavrov İrəvanda Minsk qrupu formatında siyasi məsələlərin müzakirəsini rədd edib. Lavrov Bakıya gedəcək və o, hansısa təkliflərlə gəlib, rus politoloq Stanislav Tarasovun sözlərinə görə, bu təkliflər kommunikasiyaların açılması işlərinin davam etdirilməsi üçün Bakı və İrəvanın maraqlarını birləşdirməyə aiddir. O (Tarasov - red.) deyib ki, söhbət İrəvan-Bakı-Moskva üçbucağından gedir”, - deyə məqalədə yazılıb.

Müəllifin sözlərinə görə, kommunikasiyaların açılması dalana dirənib, çünki məlum olub ki, ümumdünya aktorları olan ABŞ, Fransa, İran, Hindistan Ermənistan-İran sərhədinin açılması və rus patrulluğu ilə onu türk dəhlizinə çevirməkdə heç də maraqlı deyil.

Qeyd olunub ki, Minsk qrupunun aktivləşməsi böyük ehtimalla Ermənistanın “suriyalaşdırılma”sının qarşını almaq cəhdi ilə bağlıdır.

“Diqqətəlayiqdir ki, Lavrovun səfərindən əvvəl Putin və Ərdoğan telefonla danışıblar. Putin və Ərdoğan dəhlizlər məsələsini güclə həll etmək zərurəti haqqında danışıblar? Yoxsa Ərdoğan Putindən Minsk qrupu çərçivəsində siyasi həllə yol verməməyi xahiş edib?”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tarasov   ATƏT   Rusiya   XİN   Qarabağ   Ermənistan   Böhran  

Putin və Ərdoğan Lavrovun səfərindən əvvəl nəyi razılaşdırıblar?

2021/03/erdog-1615382522.jpg
Oxunub: 1075     11:57     07 May 2021    

Bizi "telegram"da izləyin