Misir Fransadan müşahidə peyki və tanker təyarələri alır

2021/05/basli-1620372835.jpg
Oxunub: 1260     19:32     07 May 2021    
Xəbər verdiyimiz kimi, Misir Fransadan 30 ədəd “Rafale” döyüş təyyarəsi almaq üçün razılaşma imzalayıb. Razılaşmanın ümumi dəyəri 5.4 milyard avrodur.

Ordu.az xəbər verir ki, Fransa mətbuatı iki ölkə arasında imzalanan müqavilənin sadəcə döyüş təyyarəsi və əlaqəli avadanlıqlardan ibarət olmadığını bildirir.

Qeyd olunur ki, Misir Fransadan müşahidə peyki (“Airbus Space” şirkəti tərəfindən istehsal edilir) və iki əsas “Airbus” istehsalı A330 MRTT çoxməqsədli tanker/nəqliyyat təyyarəsi alacaq. Bu barədə imzalanan razılaşmanın yaxın günlərdə açıqlanması gözlənilir.

“Airbus” tərəfindən istehsal olunan yeni nəsil A330 MRTT tanker təyyarəsi bu günə qədər təxminən 7 ölkəyə satılıb. Təyyarənin istifadəçiləri arasında Avstraliya, Fransa, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, BƏƏ və Britaniya var. Təyyarə NATO tərəfindən də fəal şəkildə istifadə olunur.

Misirin ala biləcəyi başqa bir sistem isə “Thales” tərəfindən dizayn edilmiş “Ground Master 400” uzun mənzilli və 3D hava hücumundan müdafiə radarlarıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Fransa   Rafale   Thales  


Misir Fransadan müşahidə peyki və tanker təyarələri alır

2021/05/basli-1620372835.jpg
Oxunub: 1261     19:32     07 May 2021    
Xəbər verdiyimiz kimi, Misir Fransadan 30 ədəd “Rafale” döyüş təyyarəsi almaq üçün razılaşma imzalayıb. Razılaşmanın ümumi dəyəri 5.4 milyard avrodur.

Ordu.az xəbər verir ki, Fransa mətbuatı iki ölkə arasında imzalanan müqavilənin sadəcə döyüş təyyarəsi və əlaqəli avadanlıqlardan ibarət olmadığını bildirir.

Qeyd olunur ki, Misir Fransadan müşahidə peyki (“Airbus Space” şirkəti tərəfindən istehsal edilir) və iki əsas “Airbus” istehsalı A330 MRTT çoxməqsədli tanker/nəqliyyat təyyarəsi alacaq. Bu barədə imzalanan razılaşmanın yaxın günlərdə açıqlanması gözlənilir.

“Airbus” tərəfindən istehsal olunan yeni nəsil A330 MRTT tanker təyyarəsi bu günə qədər təxminən 7 ölkəyə satılıb. Təyyarənin istifadəçiləri arasında Avstraliya, Fransa, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, BƏƏ və Britaniya var. Təyyarə NATO tərəfindən də fəal şəkildə istifadə olunur.

Misirin ala biləcəyi başqa bir sistem isə “Thales” tərəfindən dizayn edilmiş “Ground Master 400” uzun mənzilli və 3D hava hücumundan müdafiə radarlarıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Fransa   Rafale   Thales  


Bizi "telegram"da izləyin