ABŞ Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyir

2021/05/78787-1620372559.jpg
Oxunub: 1031     16:00     07 May 2021    
ABŞ Ukraynanın NATO hərbi alyansına üzv olmasını dəstəkləyir.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Karin Yen-Pier məlumat verib.

O bildirib ki, ABŞ Dövlət katibi Entoni Blinken hazırda Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə verilən dəstəyi təsdiqləmək üçün Kiyevdədir.

“Bayden administrasiyası NATO üzvlüyünün öhdəliklərini yerinə yetirməyə və Avroatlantik bölgədəki təhlükəsizliyə töhfə verməyə hazır olduqları zaman NATO-nun qapısının açıq qalmasını təmin etməyə sadiqdir”, - deyə ABŞ rəsmisi bildirib.

Kiyev 2014-cü ildən sonra Qərb ittifaqına qoşulmaq niyyətini bildirib. NATO-nun qaydalarına görə, qonşuları ilə ərazi mübahisəsi olan və vətəndaş müharibəsindən əziyyət çəkən ölkələr bu problemlər həll olunana qədər qoşulmaq hüququna malik deyillər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna   ABŞ  


ABŞ Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyir

2021/05/78787-1620372559.jpg
Oxunub: 1032     16:00     07 May 2021    
ABŞ Ukraynanın NATO hərbi alyansına üzv olmasını dəstəkləyir.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Karin Yen-Pier məlumat verib.

O bildirib ki, ABŞ Dövlət katibi Entoni Blinken hazırda Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə verilən dəstəyi təsdiqləmək üçün Kiyevdədir.

“Bayden administrasiyası NATO üzvlüyünün öhdəliklərini yerinə yetirməyə və Avroatlantik bölgədəki təhlükəsizliyə töhfə verməyə hazır olduqları zaman NATO-nun qapısının açıq qalmasını təmin etməyə sadiqdir”, - deyə ABŞ rəsmisi bildirib.

Kiyev 2014-cü ildən sonra Qərb ittifaqına qoşulmaq niyyətini bildirib. NATO-nun qaydalarına görə, qonşuları ilə ərazi mübahisəsi olan və vətəndaş müharibəsindən əziyyət çəkən ölkələr bu problemlər həll olunana qədər qoşulmaq hüququna malik deyillər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin