Kanada ordusu 5 milyard dollar dəyərində zərbə PUA-ları əldə etmək niyyətindədir

2021/05/canad-1620372350.jpg
Oxunub: 1436     17:25     07 May 2021    
Kanada payız aylarında ümumi dəyəri 5 milyard dollar olan zərbə tipli PUA-lar almaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Kanada Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Al Meynzinger “Canadian Press” nəşrinə müsahibəsi zamanı danışıb.

Kanada ordusunun yaxın 3-4 il içərisində PUA-ların yerləşdirilməsinə başlamaq üçün zəmin hazırladığı bildirilir. Hazırlıqlara paytaxt Ottavada PUA-ların yerləşəcəyi mərkəzin yaradılması da daxildir.

“Əsas yerləri dəqiqləşdirməmişik, lakin Ottavada mərkəzləşdirilmiş yerüstü idarəetmə stansiyası olacaq”, - deyə kanadalı general qeyd edib.

PUA heyətləri HHQ-dən və ordunun digər bölmələrindən cəlb edilmiş texniki heyət, operator və digər üzvlər də daxil olmaqla təxminən 300 hərbi qulluqçudan ibarət olacaq.

PUA-lar kəşfiyyat, müşahidə, nəzarət, havadan dəqiq zərbə endirmək üçün istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   HHQ   Kanada   Ordu  


Kanada ordusu 5 milyard dollar dəyərində zərbə PUA-ları əldə etmək niyyətindədir

2021/05/canad-1620372350.jpg
Oxunub: 1437     17:25     07 May 2021    
Kanada payız aylarında ümumi dəyəri 5 milyard dollar olan zərbə tipli PUA-lar almaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Kanada Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Al Meynzinger “Canadian Press” nəşrinə müsahibəsi zamanı danışıb.

Kanada ordusunun yaxın 3-4 il içərisində PUA-ların yerləşdirilməsinə başlamaq üçün zəmin hazırladığı bildirilir. Hazırlıqlara paytaxt Ottavada PUA-ların yerləşəcəyi mərkəzin yaradılması da daxildir.

“Əsas yerləri dəqiqləşdirməmişik, lakin Ottavada mərkəzləşdirilmiş yerüstü idarəetmə stansiyası olacaq”, - deyə kanadalı general qeyd edib.

PUA heyətləri HHQ-dən və ordunun digər bölmələrindən cəlb edilmiş texniki heyət, operator və digər üzvlər də daxil olmaqla təxminən 300 hərbi qulluqçudan ibarət olacaq.

PUA-lar kəşfiyyat, müşahidə, nəzarət, havadan dəqiq zərbə endirmək üçün istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   HHQ   Kanada   Ordu  


Bizi "telegram"da izləyin