Fələstin-İsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər - BMT-nin xüsusi koordinatoru

2021/05/26262-1620366190.jpg
Oxunub: 756     12:44     07 May 2021    
BMT-nin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland Fələstin-İsrail münaqişə zonasında artan gərginlikdən narahatlığını bildirib və nəzarəti itirmək riskinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, T.Vennesland bu barədə "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda yazılıb: "Şərqi Qüds də daxil olmaqla işğal altında olan Qərb sahilində artan gərginlik və şiddətdən çox narahatam. Hər tərəfdən siyasi, dini və icma liderlərini şiddət, təhrik və təxribatçı ritorikaya qarşı açıq şəkildə səslənməyə çağırıram".

"Vəziyyət diqqətsiz buraxılsa nəzarətdən çıxa bilər", - deyə T.Vennesland xəbərdarlıq edib.

Qeyd edilir ki, yalnız son günlərdə İsrail təhlükəsizlik qüvvələri ilə qarşıdurma və baş verən digər insidentlərdə iki fələstinli və bir israilli öldürülüb, yaralananlar var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Fələstin   İsrail  


Fələstin-İsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər - BMT-nin xüsusi koordinatoru

2021/05/26262-1620366190.jpg
Oxunub: 757     12:44     07 May 2021    
BMT-nin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland Fələstin-İsrail münaqişə zonasında artan gərginlikdən narahatlığını bildirib və nəzarəti itirmək riskinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, T.Vennesland bu barədə "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda yazılıb: "Şərqi Qüds də daxil olmaqla işğal altında olan Qərb sahilində artan gərginlik və şiddətdən çox narahatam. Hər tərəfdən siyasi, dini və icma liderlərini şiddət, təhrik və təxribatçı ritorikaya qarşı açıq şəkildə səslənməyə çağırıram".

"Vəziyyət diqqətsiz buraxılsa nəzarətdən çıxa bilər", - deyə T.Vennesland xəbərdarlıq edib.

Qeyd edilir ki, yalnız son günlərdə İsrail təhlükəsizlik qüvvələri ilə qarşıdurma və baş verən digər insidentlərdə iki fələstinli və bir israilli öldürülüb, yaralananlar var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Fələstin   İsrail  


Bizi "telegram"da izləyin