ABŞ kəşfiyyatının hesabatı və Ermənistanda Rusiyaya qarşı narazılıq

2018/02/22892397_four346347563_1518606747.jpeg
Oxunub: 3053     16:20     06 May 2021    
Pentaqonun kəşfiyyat xidmətinin rəhbəri Skot Beryer bildirdi ki, Rusiya Qarabağ müharibəsini dayandırsa da, Cənubi Qafqazdakı hərbi və iqtisadi təsirini genişləndirdi.

ABŞ Konqresində qlobal təhdidlər və təhlükələr barədə illik hesabatı təqdim edən general-leytenant, hazırda Çin, Türkiyə və Qərbin bölgədəki təsirlərini genişləndirmək üçün səylərini nəzərə alaraq, Moskvanın keçmiş Sovet İttifaqındakı strategiyasına yenidən baxmalı olduğunu bildirib.

“Rusiyanın təşəbbüskarlığı ilə əldə olunan atəşkəs, Qarabağdakı müharibəni dayandırdı, eyni zamanda Moskvanın bölgədəki hərbi və iqtisadi təsirini gücləndirdi”, - qeyd edilən hesabatda Moskvanın hazırda Cənubi Qafqazın hər üç ölkəsində hərbçilərinin olduğuna dair detalları təqdim edir.

ABŞ kəşfiyyatı Rusiyanın böyük ehtimalla Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılmasını və kommunikasiyanı nəzarət altında saxlayaraq təsir gücünü göstərməyə davam edəcəyini qeyd edir.

Moskvanın qonşu ölkələrdə iqtisadi nüfuzunun, Çin kimi daha böyük maliyyə potensialına sahib olanların yanında azaldığı qeyd olunan hesabatda, Rusiyanın indi bölgədəki təhlükəsizliyin əsas qarantı olaraq qalması zəruri olduğu vurğulanır. Ancaq bu bir o qədər də asan deyil: “Gürcüstan, Ukrayna və Azərbaycanın NATO müttəfiqləri və digər xarici tərəfdarları ilə əməkdaşlığı Rusiyanın təhlükəsizlik sahəsindəki dominantlığına daha böyük problemlər yaradır”.

Nümunə olaraq, hesabatda son Qarabağ müharibəsindən bəhs olunur, Moskvanın 44 günlük müharibəyə birbaşa müdaxilədən yayınma qərarı, həmçinin Belarusdakı kütləvi etiraz aksiyalarına təmkinli reaksiya verildiyi və Kremlin keçmiş Sovet İttifaqı ərazisində taktikalarını dəyişdirdiyini göstərir.

Gələcəkdən bəhs edərək, Pentaqon kəşfiyyat idarəsi Cənubi Qafqazda və Orta Asiyada liderliyini qorumaq üçün Moskvanın, silah təchizatı bazarında lider rolunu qorumaq, mövcud ikitərəfli hərbi əlaqələri gücləndirmək, xarici qüvvələrə öz şərtləri ilə müəyyən ölçüdə yer vermək kimi bir neçə amili birləşdirəcəyini təxmin edir.

Ümumiyyətlə, Pentaqonun kəşfiyyat idarəsinin rəhbəri dünya təhlükəsizliyinə toxunaraq qeyd edib: “Hazırda strateji rəqabət dövründəyik. Çin və Rusiya ABŞ-a yeni çağırışlar yaratmaqla öz imkanlarını gücləndirirlər”.

“Çin, ABŞ-ın uzunmüddətli strateji rəqibi və təhlükəsizlik təhdidi yaradan ölkə olaraq qalır. Pekin taktiki hədəflərinə çatmaq üçün diplomatik, iqtisadi, casusluq və hərbi sahə də daxil olmaqla müxtəlif tədbirlər görür. Rusiyanın silahlı qüvvələri də ABŞ üçün böyük bir təhdiddir. Moskva öz sərhədləri xaricində hərbi əməliyyatlara başlayaraq və müasir ənənəvi silahlarla gücünü göstərməyə hazırdır”, - deyə o bildirib.

Beryer Rusiyanın ABŞ-dan fərqli olaraq ildə yüzlərlə nüvə başlığı istehsal etməsindən əlavə olaraq nüvə arsenalının 82% hissəsini modernləşdirdiyini, nüvə sınaqlarının qadağasına əməl etmədiyini vurğulayıb.

“Kreml, ABŞ və NATO-nu öz təhlükəsizliyi, geosiyasi ambisiyaları və hakim gücünün qorunmasında təhdid olaraq görür”, - deyə Pentaqonun kəşfiyyat idarəsinin rəhbəri vurğulayıb.

ABŞ kəşfiyyatı faktiki olaraq, Rusiyanın fəaliyyətini diqqətlə izləyir və Moskvanın keçmiş Sovet respublikalarında artan nüfuzunu qeyd edir. Təsadüfi deyil ki, nəticədə rus sülhməramlılarının hazırda Qarabağda olduğu 44 günlük müharibəyə xüsusi diqqət yetirilir.

Getdikcə artan Rusiya təsirinə paralel olaraq Ermənistanda Rusiyaya qarşı narazılığın ifadə olunmağa başlaması təsadüfi deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   ABŞ   Ermənistan  

ABŞ kəşfiyyatının hesabatı və Ermənistanda Rusiyaya qarşı narazılıq

2018/02/22892397_four346347563_1518606747.jpeg
Oxunub: 3054     16:20     06 May 2021    