Kəlbəcər və Laçından başqa azad olunmuş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır

2021/04/trend-1619681743.jpg
Oxunub: 1603     12:04     06 May 2021    
"Kəlbəcər və Laçından başqa işğaldan azad olunmuş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır".

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlərə müsahibəsində deyib.

O vurğulayıb ki, Kəlbəcərdə hava şəraiti və yerin qarla örtülməsi minatəmizləmə əməliyyatlarının aparılması üçün əlverişli deyil.

Şöbə müdiri bildirib ki, hava şəraitinə uyğun olaraq may ayından etibarən digər ərazilərdə də əməliyyatlar aparıla bilər.

"Kənd təsərrüfatı təyinatlı ərazilər belə düşmən tərəfindən minalanıb. Həmin ərazilərdə hərbi silah-sursatlara rast gəlinir" - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Laçın   Azərbaycan   Qarabağ  


Kəlbəcər və Laçından başqa azad olunmuş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır

2021/04/trend-1619681743.jpg
Oxunub: 1604     12:04     06 May 2021    
"Kəlbəcər və Laçından başqa işğaldan azad olunmuş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır".

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlərə müsahibəsində deyib.

O vurğulayıb ki, Kəlbəcərdə hava şəraiti və yerin qarla örtülməsi minatəmizləmə əməliyyatlarının aparılması üçün əlverişli deyil.

Şöbə müdiri bildirib ki, hava şəraitinə uyğun olaraq may ayından etibarən digər ərazilərdə də əməliyyatlar aparıla bilər.

"Kənd təsərrüfatı təyinatlı ərazilər belə düşmən tərəfindən minalanıb. Həmin ərazilərdə hərbi silah-sursatlara rast gəlinir" - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Laçın   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin