Ermənistanın sabiq Müdafiə nazirinə irəli sürülən ittiham dəyişdirilib

2021/05/94638-1620202119.jpg
Oxunub: 510     13:49     05 May 2021    
Ermənistanın sabiq Müdafiə naziri Mikael Harutyunyana qarşı irəli sürülmüş ittiham dəyişdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, hazırda M. Harutyunyan Ermənistan Cinayət Məcəlləsinin 309-cu maddəsinin 3-cü bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma) ilə təqsirləndirilən şəxs qismində ittiham olunur.

Daha əvvəl Ermənistanın sabiq müdafiə nazirinə Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (konstitusiya quruluşun devrilməsi) ilə ittiham irəli sürülmüşdü.

Xatırladaq ki, M. Arutyunyan 2008-ci ildə baş verən "1 Mart" hadisələri ilə bağlı keçmiş prezident Robert Koçaryan və digər rəsmilərlə birgə ittiham olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Cinayət  

Ermənistanın sabiq Müdafiə nazirinə irəli sürülən ittiham dəyişdirilib

2021/05/94638-1620202119.jpg
Oxunub: 511     13:49     05 May 2021    