Türkiyə ordusu ilin əvvəlindən indiyədək İraq və Suriyada 953 terrorçu zərərsizləşdirib

2021/04/54-1619272901.jpg
Oxunub: 911     12:02     05 May 2021    
“Yanvarın 1-dən indiyədək Şimali İraq və Suriyada ümumilikdə 953 terrorçu zərərsizləşdirilib. Ən əhəmiyyətli məsələ bütün terrorçuların məhv edilməsidir. Sonuncu terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam edəcək”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə dost və qardaş İraq başda olmaqla bütün qonşularının sərhədlərinə və suverenliyinə hörmət edir.

"Buna heç kimin şübhəsi olmamalıdır. Tək məqsədimiz terrorçuluq və terrorla mübarizədir. Hər kəs bilməlidir ki, İraqın ərazi şəraiti baxımından orada yuva quran terrorçulara görə bu ölkənin şimalındayıq. İraqın şimalında yuva qurmuş və 40 ildir 40 min vətəndaşın həyatına qəsd edən bu terrora son qoymaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik. Nə İraqda, nə də Suriyanın şimalında başqa məqsədimiz yoxdur", - deyə nazir bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Türkiyə ordusu ilin əvvəlindən indiyədək İraq və Suriyada 953 terrorçu zərərsizləşdirib

2021/04/54-1619272901.jpg
Oxunub: 912     12:02     05 May 2021    
“Yanvarın 1-dən indiyədək Şimali İraq və Suriyada ümumilikdə 953 terrorçu zərərsizləşdirilib. Ən əhəmiyyətli məsələ bütün terrorçuların məhv edilməsidir. Sonuncu terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam edəcək”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə dost və qardaş İraq başda olmaqla bütün qonşularının sərhədlərinə və suverenliyinə hörmət edir.

"Buna heç kimin şübhəsi olmamalıdır. Tək məqsədimiz terrorçuluq və terrorla mübarizədir. Hər kəs bilməlidir ki, İraqın ərazi şəraiti baxımından orada yuva quran terrorçulara görə bu ölkənin şimalındayıq. İraqın şimalında yuva qurmuş və 40 ildir 40 min vətəndaşın həyatına qəsd edən bu terrora son qoymaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik. Nə İraqda, nə də Suriyanın şimalında başqa məqsədimiz yoxdur", - deyə nazir bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin