Rusiya XİN: Lavrovun səfərində prioritet mövzu Qarabağ olacaq

2021/02/sdfsd-1613068065.jpg
Oxunub: 675     11:15     05 May 2021    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Lavrov İrəvanda rəsmi görüşləri mayın 6-da keçirəcək. Rusiya XİN rəhbəri daha sonra mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Zaxarovanın sözlərinə görə, səfər zamanı ikitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir. Ancaq danışıqların prioritet mövzusu Dağlıq Qarabağla bağlı mövcud razılaşmaların həyata keçirilməsi olacaq.

"Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının reallaşdırılmasına yönələcək”, - deyə Zaxarova vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Qarabağ  

Rusiya XİN: Lavrovun səfərində prioritet mövzu Qarabağ olacaq

2021/02/sdfsd-1613068065.jpg
Oxunub: 676     11:15     05 May 2021    